
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Avropa Auditorlar Məhkəməsi, Avropa Birliyinin (AB) “COVİD-19”-un iqtisadi nəticələrinə qarşı hazırladığı bərpa fondunda olan resursların planlaşdırıldığından daha yavaş köçürüldüyünü bildirdi.
Baş ofisi Lüksemburqda yerləşən və Avropa Birliyi (AB) büdcəsinin və fondlarının auditinə cavabdeh olan Avropa Auditorlar Məhkəməsi AB-nin 724 milyard avroluq “COVİD-19” iqtisadi bərpa proqramı çərçivəsində vəsaitlərin istifadəsi ilə bağlı hesabatını dərc edib.
“COVİD-19” bərpa fondunun real iqtisadiyyata planlaşdırıldığından daha yavaş daxil olduğuna diqqət çəkən hesabatda, AB-nin 724 milyard avroluq fondunun qüvvəyə minməsindən sonra son üç ildə resursların bölüşdürülməsində və layihələrin həyata keçirilməsində gecikmələr olduğu bildirilib.
Hesabatda qeyd edilib ki, bu vəziyyət AB ölkələrinə “COVİD-19” epidemiyasının təsirindən xilas olmağa və daha dözümlü davranmağa kömək etmək məqsədini pozub.
Üzv ölkələrin vəsaitləri vaxtında götürə və ya istifadə edə bilməyəcəyini vurğulayan hesabatda fondun səlahiyyətinin 2026-cı ilin avqustunda sona çatacağı, bu səbəbdən planlaşdırılmış ödənişlərin tamamlana bilməyəcəyi və gözlənilən iqtisadi və sosial faydaların təmin olunmayacağı qeyd edilib.
Hesabatda fond çərçivəsində AB Komissiyasının 2023-cü ilin sonuna qədər üzv ölkələrə cəmi 213 milyard avro köçürdüyünə diqqət çəkilərək, “Bu vəsaitlər, özəl müəssisələr, dövlət enerji şirkətləri də daxil olmaqla, son alıcılara çatmayıb və lazımi əməliyyatları bitirən 15 üzv ölkəyə paylanan vəsaitin demək olar ki, yarısı hələ alıcılara getməyib və ödəniş tamamlanmayıb”.
Hesabatda vurğulanıb ki, AB ölkələri 2023-cü ilin sonunda planlaşdırılan bərpa fondlarının üçdə birindən azını istifadə edə bilib. Ölkələr 2020-ci ildə AB-nin bərpa fondu və əlaqəli mexanizm haqqında razılığa gəliblər.
Bu kontekstdə AB Komissiyası pandemiya və ondan sonra yaşanan iqtisadi problemlərə qarşı üzv ölkələrin zəmanəti ilə bərpa proqramı qurmuşdu. Vəsaitin böyük hissəsi İtaliya və İspaniyaya ayrılıb.
Bu fonddakı resurslardan faydalanmaq üçün üzv ölkələr struktur islahatları da daxil olmaqla milli investisiya planlarını hazırlamalı və təsdiq etməli idilər.