vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DÜNYA  
22:51 | 5 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

18 yoluxma təlaş yaradıb

13 milyon əhalisi olan Sian şəhəri yenidən COVİD məhdudiyyətlərinin tətbiqinə başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

COVİD-19-a bir neçə yoluxma halı qeydə alındıqdan sonra çərşənbə axşamı rəsmilər Çinin Sian şəhərindəki müəssisələr, məktəblər və restoranların bir həftə bağlanacağını bildirib.

Çin yeni yoluxmaları aradan qaldırmaq üçün təcili məhdudiyyətlər, karantin tədbirləri və səyahət məhdudiyyətləri tətbiq edərək, sıfır COVİD strategiyasına sadiq qalan iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkə olaraq qalır.

Rəsmi məlumatlara görə, keçən ilin sonunda bir ay davam edən məhdudiyyətlərdən sonra 13 milyon əhalisi olan tarixi Sian şəhərində şənbə günündən bəri sürətlə yayılan Omicron variantına 18 yoluxma halı qeydə alınıb.

Şəhər rəsmisi Çjian Suyedun çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, Sianda həyata keçiriləcək “yeddi günlük müvəqqəti nəzarət tədbirləri cəmiyyətin mümkün qədər sakitləşməsinə, hərəkətin azalmasına və infeksiya riskinin azalmasına imkan verəcək”.

Şəhər rəhbərliyi əyləncə mərkəzləri, internet kafelər və karaoke barlar da daxil olmaqla, ictimai əyləncə yerlərinin çərşənbə günü gecə yarısından etibarən qapılarını bağlayacağını bildirib.

Restoranların qapalı şəraitdə xidmət göstərməsinə icazə verilməyəcək, lakin yeməkxana xidmətləri təklif edilməkdə davam etdirilə bilər.

Məktəblər yay tətilinə erkən başlayacaq və universitetlər kampusları bağlanacaq.

Milli Səhiyyə Komissiyasının (NHC) bildirdiyinə görə, Çin çərşənbə axşamı 335 yeni yoluxma halı qeydə alıb ki, bunların əksəriyyəti asimptomatik olub.