vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ASİYA  
22:05 | 4 aprel 2014 | Cümə Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Su içmək qədər asan oldu

Rusiya vətəndaşı olmaq istəyənlər tək şərt: «Rus dilində yaxşı danışmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Dövlət Duması bu gün Rusiya vətəndaşlığını sadələşdirilmiş yolla almağı nəzərdə tutan qanun layihəsini qəbul edib. ansperss-in məlumatına görə, yeni qanun rusca danışan və valideynləri SSRİ-də yaşamış xarici vətəndaşlara şamil olunacaq.

Yeni düzəlişə görə, Rusiya vətəndaşlığını sadələşmiş yolla ana dili rus dili olanlar, birbaşa valideynləri və ya əcdadları daha öncə Rusiyada, yaxud Rusiya imperiyasında və ya SSRİ-də, yaxud da çağdaş Rusiya sərhədləri daxilində yaşamış xaricilər ala biləcək.

Qanuna görə, həmin vətəndaşlar rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün müsahibədən keçəcəklər. Xaricilər öz ölkəsinin vətəndaşlığından imtina etdikdən sonra bu prosedurdan yararlana bilərlər.

Yeni qanuna görə, rus dilində yaxşı danışan və öz respublikasının vətəndaşlığından imtina edəcək əmək miqrantları üç ay müddətində Rusiya vətəndaşına çevrilə biləcəklər.