vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
15:42 | 16 avqust 2024 | Cümə Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şolz zəifdir”

Almanlar hökumətdən narazıdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, insanların əksəriyyəti Almaniya kansleri Olaf Şolzu zəif siyasətçi hesab edir. Alman ictimai yayımı ZDF-nin “Politbaromater” sorğusunda iştirak edənlərin 76 faizi Şolzun “liderlik nümayiş etdirə bilmədiyini” deyib. Baş nazir haqda tam əskini düşünənlərin nisbəti yüzdə 16 olaraq qalıb.

Sorğuda Şolzun üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) tərəfdarlarının 60 faizinin baş nazir haqda eyni düşüncədə olması diqqət çəkib. Şolzun baş nazir olaraq “işini yaxşı görmədiyini” ifadə edənlər 58 faiz, bunu əksini düşünənlərin nisbəti isə yüzdə 36 olub.

“2025-ci ildə keçiriləcək ümumi seçkilərdə Olaf Şolz yenidən SPD-nin baş nazir namizədi olmalıdırmı”, – sualına iştirakçıların 67 faizi “Xeyr”, 29 faizi isə “Bəli” cavabını verib.

SPD tərəfdarları arasında Şolzun ​​yenidən baş nazir namizədi olmasını istəməyənlərin nisbəti yüzdə 41 olaraq hesablanıb.

***

Sorğunun nəticələrinə görə, ictimaiyyətin yarıdan çoxu SPD, Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət “svetofor” koalisiyasının işindən narazıdır.

Sorğuda iştirak edənlərin 62 faizi hökumətin işini “pis”, 33 faizi isə “yaxşı” hesab etdiklərini bildirib.

Hökumətin qanunvericilik müddətini başa vurub 2025-ci ilin sentyabrına qədər vəzifəsini davam etdirəcəyinə inananların nisbəti 74 faiz olduğu halda, sorğuda iştirak edənlərin yalnız 21 faizi növbədənkənar seçkilərin keçiriləcəyini düşünür.

***

Sorğuda Xristian Birlik (CDU/CSU) partiyaları yüzdə 32 ilə birinci partiya mövqeyini qoruduğu halda, səs nisbəti əvvəlki aya nisbətən 1 bal azalan ifrat sağçı populist Almaniya üçün Alternativ Partiyası 16 faizlə ikinci yerdə qərarlaşıb. SPD 14 faizlə üçüncü yerdə olarkən, Yaşılların səs nisbəti yüzdə 13 olub.

Sol Partiyadan ayrılan Sahra Vaqenkneçt Alyansı-Anlaşma və Ədalət Partiyasının səs nisbəti əvvəlki ayla müqayisədə 1 bal artaraq 8 faizə çatıb.

Hökumətin kiçik tərəfdaşı FDP-nin səs nisbəti 4 faiz olaraq qalıb.