vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ASİYA  
16:15 | 18 avqust 2024 | Bazar Məqaləyə 244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəməni sel basıb

12 mindən çox ailə daşqınlar səbəbindən didərgin düşüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 8-də Yəmənin bir çox şəhərində yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən 12 mindən çox ailə ölkənin mərkəzi bölgələrində yerləşən Marib vilayətinə sığınmaq məcburiyyətində qalıb.

Yəmən hökumətinin Qaçqınlar Düşərgələri İdarəsi İcra Birliyinin dərc etdiyi hesabatda daşqın səbəbindən didərgin düşənlərin vəziyyəti barədə məlumat verilib.

Hesabatda avqustun əvvəlindən Marib vilayətinə daşqınlara məruz qalan 12 mindən çox ailənin gəldiyi və bu ailələrin çox çətin şəraitdə həyatda qalmaq üçün mübarizə apardığı bildirilib.

Hesabatda 3 min 673 ailənin daşqından böyük, 8 min 689 ailənin isə qismən zərər çəkdiyi qeyd edilib.

Hesabatda 7 məktəbin tamamilə dağıldığı, 15 məktəbin qismən zədələndiyi, 15 səhiyyə ocağına da ziyan dəydiyi bildirilib.

Məlumatda sel nəticəsində 4-ü qadın, 1-i uşaq olmaqla 8 nəfərin həyatını itirdiyi, 34 nəfərin isə yaralandığı xatırladılıb.

Maribdəki rəsmi səlahiyyətlilər keçən həftə verdikləri açıqlamada sel səbəbiylə əyalətə gələn ailələrin sayının 7 min olduğunu açıqlamışdı.