vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:50 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 1149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəmən münaqişəsinə görə ərəb embarqosu

ABŞ Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Yəmənə etdiyi hava hücumlarının insan itkiləri ilə nəticələndiyi üçün Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır. Dəqiq hədəfli silahlar daha göndərilməyəcək, Pentaqon rəsmisi bildirib.

Prezident Barak Obamanın administrasiyası Yəmənə yönəlmiş hava hücumlarından narahatlıq keçirdiyini bildirib.

Oktyabrda 140-dan çox insan yas mərasiminə edilən hücum zamanı həyatını itirib.

Bu hücuma görə Səudiyyənin rəhbərliyi altında hərbi koalisiya ittiham edilib.

Bu koalisiya İranın dəstəklədiyi husi qiyamçılarına qarşı seçilmiş hökuməti dəstəkləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays (Ned Price) bundan əvvəl Səudiyyəni ABŞ-la əməkdaşlıq «az kağız deyil» ifadəsi ilə xəbərdarlıq edib.

Lakin ABŞ Səudiyyəyə sərhəd təhlükəsizliyinə dair kəşfiyyatda yardım etməyə davam edəcək.

Bundan başqa, mülkilərin ölümünə səbəb olmamaq üçün koalisiyanın pilotlarına təlimlər keçəcək, rəsmi bildirib.

2014-cü ildə Yəməndə münaqişə başladıqdan bəri minlərlə insan ölüb, təxminən 3 milyon insan qaçqın vəziyyətinə düşüb.