
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
İran “Çemran-1” adlı tədqiqat peykini uğurla kosmosa çıxardığını və onu 550 kilometr məsafədə orbitə yerləşdirdiyini açıqlayıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, yerli istehsal olan peyk Kaim-100 peyk daşıyıcı raketi ilə orbitə buraxılıb.
Təxminən 60 kiloqram ağırlığında olan tədqiqat peyki 550 kilometr məsafədə yerləşdirilib.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus Kaim-100 adlı bərk yanacaqla işləyən peyk daşıyıcı raket 2022-ci ilin noyabrında suborbital sınaq uçuşunu başa vurub.
ABŞ və onun Qərb müttəfiqləri İranın ballistik raket fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu və İranın peyk fəaliyyətinin arxasında Yaxın Şərq və Avropanı təhdid edən qitələrarası ballistik raket proqramını gizlətdiyini iddia edib.
Digər tərəfdən Tehran, hazırlanan raketlərin konvensional olduğunu və BMT Təhlükəsizlik Şurasının nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə uyğun olduğunu bildirib.
Yanvar ayında İran “Sürəyya” adlı uzaqdan zondlama peykini orbitə çıxardığını və onu 750 kilometr məsafədə orbitə yerləşdirdiyini açıqlamışdı.