vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
15:19 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrailin Masyaf hücumu

Suriyada SEPAH-ın raket istehsal edən bazası məhv edilib, sənədlər və 4 hərbçi əsir götürülüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 11-də İsrail mətbuatında geniş şəkildə dərc edilən xəbərə görə, İsrail xüsusi təyinatlılarının Suriyanın mərkəzindəki Masyaf bölgəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) silah istehsalı müəssisəsinə təşkil etdiyi hava hücumunda avadanlıq və sənədlər ələ keçirilib.

Zərbələr Suriya rejimi və İran qüvvələri tərəfindən uzun müddətdir kimyəvi silah və dəqiq raket istehsalı ilə əlaqəli olan Masyafdakı elmi tədqiqat mərkəzinə endirilib.

İsrail mediası bu məlumatı müxalif Suriya telekanalı və Yunanıstanın Yaxın Şərq üzrə eksperti Eva Koulouriotis də daxil olmaqla özəl mənbələrə əsaslandıraraq bildirib. Tel-Əvivdəki təhlükəsizlik mənbələri İsrail qüvvələrinin Suriyanın mərkəzindəki Həma çölündə Masyaf əməliyyatı zamanı quru əməliyyatı həyata keçirdiyini  və İsrail vertolyotlarının yerə enmədiyini söyləyib.

Şiddətli toqquşmaların 3 suriyalının ölümü və 2-4 arası iranlının əsir götürülməsi ilə nəticələndiyi bildirilir. Hədəf edilən yerlər arasında Rusiya rabitə mərkəzi də olub.

Mənbələrin məlumatına görə, Suriyanın hava hücumundan müdafiəsi İsrailin son hücumları nəticəsində zəifləyib və bazar günü hücumun qarşısını ala bilməyib. Suriya hadisə ilə bağlı yüksək səviyyəli istintaq komitəsi yaradıb.

“Times of Israel” xəbər verir ki, tədqiqatçı Eva Koulouriotisə təhlükəsizlik mənbəsi bildirib ki, İsrail əməliyyatı ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) istehsal etdirən və həmçinin “Hizbullah” terrorçularına logistik dəstək verən SEPAH-ın obyektini hədəf alıb.

Koulouriotis “X” platformasında silsilə paylaşımlarında xüsusi təyinatlıları daşıyan İsrail helikopterlərinin hücumundan əvvəl PUA-lar hava dəstəyi göstərib. Onlar Suriya qüvvələrinin əraziyə çatmasının qarşısını almaq üçün obyekti (tədqiqat mərkəzi) əhatə edən yolların hava zərbələri ilə hədəf alındığını bildirib. Koulouriotis bildirib ki, İsrail qüvvələri obyektə daxil olub, avadanlıq və sənədləri çıxarıb, sonra isə obyekti məhv etmək üçün partlayıcı yerləşdiriblər.

Suriyadakı bu xüsusi əməliyyat son vaxtlar gərginliyin artdığı Yaxın Şərqdə mühüm hadisədir. Masyafda baş verənlər günlər keçdikcə aydınlaşacaq. Bu, istər Suriyada, istərsə də Livanda yeni gərginliyin qaçılmaz olduğunun göstəricisi ola bilər.

İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar Həma çölünün qərbində yerləşən Masyafdan baza kimi istifadə edirdi. Bölgə son illərdə İsrailə aid edilən hücumlarda dəfələrlə hədəfə alınıb. “The Times of Israel” qeyd edib ki, İsraildə CERS və ya SSRC kimi tanınan Elmi Tədqiqatlar və Tədqiqatlar Mərkəzindəki obyektdə SEPAH-a bağlı terrorçu qüvvələr tərəfindən “yer-yer” tipli dəqiq raketlər istehsal olunurdu. Qərb rəsmiləri uzun müddətdir ki, CERS obyektini kimyəvi silah istehsalı ilə əlaqələndirirlər. ABŞ-ın məlumatına görə, bu obyektdə sarin qazı işlənib, lakin Suriya rəsmiləri bunu təkzib ediblər.

Məsələ ilə bağlı insan haqları mənbələri bildirib ki, İsrail qüvvələri dünən (sentyabrın 12—də) Dəməşq-Kuneytra yolunda, Quneytra kəndi ərazisində Volvo markalı avtomobilə havadan hücum ediblər. PUA-dan atılan raket nəticəsində “Hizbullah” komandirlərindən biri məhv edilib.

Suriya İnsan Haqları Müşahidə Qrupuna (SOHR) məlumat verən mənbələr komandirin bölgədəki suriyalıların “Hizbullah”a cəlb edilməsi və silahların terrorçulara ötürülməsinə cavabdeh olduğunu bildirib. Əvvəllər Dəməşqin cənubundakı Seyyidə Zeynəb bölgəsində yaşayan və bir müddət əvvəl Quneytraya qayıdan komandirin 60 yaşlarında olduğu və onunla birlikdə eyni kənddən (əl-Aşa) olan müavini də öldürülüb.

Ərazidə mühasirəyə alınaraq ciddi təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınlar gəlib. Suriyanın rəsmi xəbər agentliyi SANA, “İsrail PUA-nın Dəməşq-Kuneytra yolunda Xan Ərnəbe qəsəbəsinin şərq girişində mülki avtomobili raketlə hədəfə alması nəticəsində iki mülki vətəndaşın öldüyünü” təsdiqləyib. Yerli təhlükəsizlik mənbəsi “France-Presse” Agentliyinə bildirib ki, hədəfə alınan avtomobildən “iki yanmış cəsəd” çıxarılıb. Hadisə ilə bağlı İsraildən heç bir açıqlama verilməyib. Suriya rəsmilərinin bildirdiyinə görə, dünənki hücum 18 nəfərin ölümü ilə nəticələnən Həmanın mərkəzində Masyaf reydlərindən bir neçə gün sonraya təsadüf edib.

SOHR, Masyaf bölgəsində Elmi Tədqiqatlar və Tədqiqatlar Mərkəzi və digər yerləri hədəf alan bu hücumlarda altısı mülki olmaqla 27 nəfərin öldüyünü bildirib. SOHR iranlı mütəxəssislərin yerləşdiyi mərkəzdə “dəqiq raketlərin” hazırlandığına diqqət çəkib.

2011-ci ildə Suriyada münaqişə başlayandan bəri İsrail İran və rejimin himayəsində olan “Hizbullah” terror təşkilatına məxsus mövqelərə və hədəflərə yüzlərlə hava zərbəsi endirib.

Oktyabrın 7-də “HƏMAS” terror təşkilatının İsrailin cənubuna misli görünməmiş qətliamından sonra Qəzza zolağında müharibə başlayandan bəri İsrailin Suriyaya hücumları artıb.

“Hizbullah” terrorçuları Livanın cənubundan İsrailə qarşı “dəstək cəbhəsi” elan etsə də, Suriya regional gərginlikdən uzaq durmağa çalışır. Bununla belə, “Hizbullah” və digər iranpərəst yaraqlılar bəzən Suriyadan İsrailin Golan təpələrindəki mövqelərinə hücumlar təşkil edir.