vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
Məscidin qarşısında hücum 09:50 | 12 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 3854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məscidin qarşısında hücum

Tacikistanın din xadimi bıçaqlanıb

CAVİD

Tacikistan Daxili İşlər Nazirliyi ölkənin baş müftisi Seyid Mükərrəm Əbdülqadirzadənin dünən (sentyabrın 11-də) paytaxt Düşənbədə baş məscidin qarşısındakı hücumda yaralandığını açıqlayıb.

“Reuters”in verdiyi məlumata görə, nazirlik məsciddə namaz qılandan sonra “xuliqanlıq motivi” olan bir şəxsin Əbdülkadirzadəni bıçaqladığını bildirib.

Nazirlik müftinin yüngül xəsarət aldığını və tibbi müayinədən keçdikdən sonra xəstəxanadan buraxıldığını açıqlayıb. Bildirilib ki, polis hücum edən şəxsi həbs edib və hadisə ilə bağlı cinayət işi açıb.

61 yaşlı Əbdülqadirzadə 2010-cu ildən ölkənin ali islam qurumu olan İslam Mərkəzi Üləma Şurasına rəhbərlik edir. Taciklərin əksəriyyəti Hənəfi məzhəbinə mənsub sünnilərdir.