
6 ayda 612 nəfər edam edilib
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
ABŞ rəhbərliyi Rusiyaya öldürücü silahlar ötürməklə Ukraynadakı müharibəni Moskvanın lehinə dəstəklədiyini əsas gətirərək İrana qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Bayden administrasiyası İranda bəzi şirkət və şəxsləri “qara siyahı”ya salıb.
Açıqlamada İranın Ukraynadakı “qanunsuz” müharibəsində öldürücü silahlar göndərməklə Rusiyaya dəstək verdiyinə diqqət çəkilib və buna dözülməyəcəyi qeyd edilib.
Nazirlik açıqlamasında Tehranın Moskvaya ballistik raketlər göndərməyə davam etdiyini və bu silahların Rusiya tərəfindən Ukraynada istifadə edildiyini iddia edib.
Bu çərçivədə sözügedən silah transferi ilə əlaqədar İran və Rusiyadan 10 adam və 6 qurum sanksiya siyahısına əlavə edilib.
***
Bu arada, Fransa, Almaniya və İngiltərə də İranın Rusiyaya ballistik raket ixracını kəskin şəkildə pisləyib.
Fransanın xarici işlər naziri Stefan Sejurne, Almaniyanın xarici işlər naziri Annalena Berbok və İngiltərənin xarici işlər naziri Deyvid Lemmi Rusiya ilə İran arasında silah mübadiləsi ilə bağlı ortaq yazılı bəyanat yayıblar.
İranın ixracı və Rusiyanın İrandan ballistik raketlər alması şiddətlə qınanılan açıqlamada İrana qarşı yeni sanksiya siqnalları verilib.
Bəyanatda İranın Ukraynaya qarşı döyüşən Rusiyaya hərbi dəstəyini çoxaltdığı və bunun Ukrayna xalqının iztirablarını daha da artıracağı bildirilib.
Bəyanatda “İran və Rusiyanın təhrik etdiyi gərginliyin Avropa təhlükəsizliyinə birbaşa təhdid yaratdığı” qeyd edilib və Fransa, İngiltərə və Almaniyanın daha əvvəl Rusiyaya hərbi ixracatı ilə bağlı İrana xəbərdarlıq etdiyi xatırladılıb.
Açıqlamada İranın Rusiyaya ballistik raketlər ixrac etdiyinin təsdiqləndiyi və üç ölkənin İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün hərəkətə keçəcəyi bildirilib.
Açıqlamada, İranın ballistik raket proqramı və bu raketlərin Rusiyaya təhvil verilməsində iştirak edən şəxs və təşkilatların müəyyən edilməsi üçün araşdırmaların aparılacağı, yeni sanksiyalar siyahısında İranın milli hava yolu şirkəti “İran Air”in də yer alacağı bildirilib.
***
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nassir Kənani yazılı açıqlamasında ölkəsinə qarşı yeni sanksiyalara reaksiya verib.
Ölkəsinin Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya raket göndərdiyi iddialarının “yalan” və “əsassız” olduğunu iddia edən Kənani, İngiltərə, Fransa və Almaniyanın ABŞ ilə birlikdə “əsas silah mənbəyi” olduğunu bildirib.
Kənani, İranın Rusiyaya raket göndərdiyi iddiası ilə İngiltərə, Fransa və Almaniyanın milli hava yolu şirkəti “Iran Air”ə qarşı sanksiya qərarını qınadıqlarını ifadə edərək, “Üç Avropa ölkəsinin bu hərəkəti ABŞ-ın düşmənçilik siyasətinin təzahürüdür. Qərb və onların İran xalqına qarşı həyata keçirdikləri iqtisadi terrorizmə İran adekvat və mütənasib şəkildə cavab verəcək”, – deyib.