vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:56 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ozon qatı “sağalır”

Dünya Meteorologiya Təşkilatından şad xəbər

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Meteorologiya Təşkilatı (WMO) mövcud siyasətlər sayəsində ozon təbəqəsinin uzunmüddətli bərpa yoluna keçdiyini bildirdi.

WMO hər il sentyabrın 16-da qeyd olunan “Beynəlxalq Ozon qatının mühafizəsi günü” münasibətilə ozon təbəqəsinin vəziyyəti ilə bağlı hesabat dərc edib. Hesabatda ozon təbəqəsinin mühafizəsi istiqamətində aparılan mövcud siyasət nəticəsində təbəqənin uzunmüddətli bərpa yoluna keçdiyi bildirilib.

Xlor və brom kimi bəzi maddələrin ozon təbəqəsini məhv edərək zərər verdiyi bildirilən hesabatda bu maddələrin istifadəsinin aradan qaldırılmasının iqlimə faydaları diqqətə çatdırılıb.

Hesabatda vurğulanıb ki, bu mövzuda mövcud siyasətlər davam etdirilərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər Antarktidada, 2045-ci ilə qədər Arktikada və dünyanın qalan hissəsində 2040-cı ilə qədər 1980-ci ildən əvvəlki səviyyəyə çatacağı gözlənilir.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və WMO tərəfindən dəstəklənən elmi qiymətləndirməyə əsasən, Antarktidadakı ozon dəliyi 2000-ci ildən başlayaraq tədricən sahədə və dərinlikdə yaxşılaşır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü” münasibəti ilə verdiyi yazılı açıqlamada bir vaxtlar “xəstə” olan ozon təbəqəsinin sağalma yolunda olduğunu bildirib və əlavə edib ki, “çoxtərəfliliyin ciddi təzyiq altında olduğu bir vaxtda ozon təbəqəsinin qorunmasına ehtiyac var”. Baş katib təbəqəni Monreal Protokolunu güclü “ümid simvolu” kimi xarakterizə edib.

Ölkələrin ümumi mənafe üçün siyasi əzmkarlığının dəyişikliyin mümkün olduğunu göstərdiyini ifadə edən Quterreş, ozon təbəqəsini məhv edən müxtəlif maddələrin istehsalını və istehlakını mərhələli şəkildə dayandırmaq üçün dünyanı bir araya gətirən protokolun iqtisadi itkilərin qarşısının alınması, insan sağlamlığı və həyatın qorunmasına da töhfə verdiyini qeyd etdi.