
“MOSSAD”a casusluq ittihamı
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
ABŞ və İran “e-poçt” müharibəsi
İran danışıqlara qayıtmaq şərtini açıqladı
Döyüş təyyarələri Hind okeanında Dieqo Qarsiya adasındakı bazada hərəkətlilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
İran polis qüvvələrinin baş komandanı briqada generalı Əhməd Rza Radan 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırdıqlarını bildirib.
Radan dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki nizamsız mühacir problemi ilə bağlı açıqlama verib. Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını ifadə edən Radan, “Ölkədə qeyri-qanuni olan xeyli sayda icazəsiz xarici vətəndaşı bu ilin sonuna qədər deportasiya edəcəyik. (İran təqvimi ilə 2025-ci ilin martı)
Ölkədəki qeyri-qanuni mühacirlərin sayının müəyyən edildiyini və bunun Daxili İşlər Nazirliyi tərəfindən açıqlanması lazım olduğunu bildirən Radan, “Bu il icazəsiz 2 milyona yaxın xarici ölkə vətəndaşı ölkədən deportasiya ediləcək”, – deyib.
1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.
Keçmiş daxili işlər naziri Əhməd Vahidi 2023-cü ilin oktyabrında “Qanunsuz immiqrantlar ölkəni tərk etməlidirlər. Bizə həmçinin geri göndərilən və sonra ölkəmizə qayıdan immiqrantlarla mübarizə üçün daha güclü mexanizm lazımdır”, – deyib.
“Prezident Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni mühacirlərin ölkədə narkotik və məşğulluq kimi ciddi sosial ziyana səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib”.
Digər tərəfdən İran ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.
Daxili İşlər Naziri İsgəndər Mumini sentyabrın 6-da verdiyi açıqlamada ölkədə qeyri-qanuni mühacirlərin bir çox problemlərə səbəb olduğunu və onların ən qısa zamanda deportasiya ediləcəyini bildirib.