Fransada əhalinin dörddə biri daşqın riski altındadır
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
            					
            	
                08:04 | 17 sentyabr 2024 | Çərşənbə axşamı
                Məqaləyə 732 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
                                4 mindən çox kənd su altında
                                2 nəfər öldü
                                Pakistan sel fəlakəti yaşandı – 22 ölü
                                Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi
                                Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
                                ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb
                                Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
                                Ölənlərin sayı artır
                                Ən pis ssenari baş verməyə başlayır
                                Fransanın 17 vilayətində güclü fırtına xəbərdarlığı
                                Tufan və leysan ölkəni iflic edib, yollar və körpülər dağılıb, 3 nəfər ölüb, xeyli itkin var
                                Küçələri və binaları su basdı
                                Səbəblər, müqayisələr və həll yolları
                                “Alfred” tropik siklonu Avstraliyanın şərq sahillərini təhdid edir
                                İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
Dövlət televiziyasının dünən gecə (sentyabrın 16-da) verdiyi məlumata görə, Myanmada “Yağı” qasırğasının səbəb olduğu daşqınlarda ölənlərin sayı 226-ya yüksəlib, 77 nəfər isə itkin düşüb.
Yeni ölənlərin sayı, ölkəni idarə edən hərbi xunta tərəfindən elan edilən 113 nəfərdən iki dəfə çoxdur.
Dövlət televiziyası bildirib ki, “Yağı” siklonunun yaratdığı daşqınlar təxminən 260 min hektar çəltik və digər əkin sahələrini məhv edib.
“Bu fəlakət Aunq San Suu Kyi-nin demokratik yolla seçilmiş hökumətini devirən 2021-ci ildə çevrilişdən bəri ölkənin yaşadığı təhlükəsizlik, humanitar və siyasi böhranı daha da dərinləşdirib”, – “France-Presse”dən bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, Myanmada təxminən 631 min insan daşqınlardan zərər çəkib.
Myanmada insanların qida, geyim, içməli su və sığınacaq da daxil olmaqla təcili yardıma ehtiyacı olduğunu vurğulayan OCHA, qırılan kommunikasiya xətlərinin, bağlı yolların və zədələnmiş körpülərin yardım səylərinə ciddi şəkildə mane olduğunu bildirib.
BMT ofisinin məlumatına görə, xüsusilə ucqar ərazilərdə telekommunikasiya şəbəkəsinə dəyən ziyan qurbanlar haqqında məlumat əldə etməyi ləngidir.
Dünya Ərzaq Proqramı (WFP) dünən verdiyi açıqlamada daşqınların Myanmanın yaxın tarixinin ən böyük daşqın fəlakəti olduğunu bildirib.