vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
09:56 | 21 iyul 2024 | Bazar Məqaləyə 212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz hər yerdəyik”

Yaxın Şərqdəki alov bu dəfə Yəməni yandırdı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəməndə İranın dəstəklədiyi Husi təşkilatı bir gün əvvəl İsrailin paytaxtı Təl-Əvivdəki ABŞ səfirliyinə pilotsuz təyyarə ilə hücum təşkil edib. Partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə partlayışın qəlpələri və zərbələri nəticəsində yaralanıb. İsrail döyüş təyyarələri Yəməndə husilərin nəzarətində olan İsrail Qırmızı dəniz sahilindəki Hudeydə limanına hücum edib. Limanda husilərin hərbi hədəflərinə endirilən hava zərbəsi nəticəsində mülki obyektlər, o cümlədən neft çənləri və elektrik stansiyası hədəfə alınıb. İsrail ordusunun bəyanatında husilərin həyata keçirdiyi yüzlərlə hücuma cavab verdiyi iddia edilib. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilsə də, bu barədə dəqiq məlumat verilməyib.

***

Bombanın İsrailin Yəmənə ilk birbaşa hücumu olduğu qeyd edilərkən, Husilərin idarə etdiyi Almasirah kanalı neft obyektlərinə edilən hücumların ölümlə nəticələndiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələri həmçinin “son aylarda İsrail dövlətinə qarşı yüzlərlə hücuma cavab olaraq” döyüş təyyarələrinin Yəmənin Hudeyda limanındakı hərbi hədəfləri vurduğunu təsdiqləyib.

***

İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib ki, hücum “İsrailin hər yerdə düşmənlərinə çatdığını açıq şəkildə nümayiş etdirir”. Müdafiə naziri Yoav Qallant, “Hudeydada yanan yanğın bütün Yaxın Şərqdə görünür. “Bircə vətəndaşımız belə zərər görsə, mütləq lazımi cavabı verəcəyik”.

***

Husilərin Ali Siyasi Şurası İsraili “narahat etməyə” davam edəcəklərini bəyan edib. Sahil xətti də daxil olmaqla ölkənin qərbinə böyük ölçüdə nəzarət edən husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq aylardır Ədən körfəzindəki gəmiləri hədəfə alır və Qırmızı dənizdə fəaliyyəti dayandırır.

***

“Reuters”in məlumatına görə, Almasirah kanalı əvvəlcə Hudeydədəki hücumların ABŞ və Britaniya qüvvələri tərəfindən həyata keçirildiyini bildirsə də, daha sonra bu yazını silib. Səudiyyə Ərəbistanında yayımlanan “Al Arabiya” hücumların İsrail, ABŞ və İngiltərənin birgə əməliyyatı ilə həyata keçirildiyini açıqlayıb. Hücumda “F-35”də də daxil olmaqla 12 İsrail təyyarəsinin iştirak etdiyi də bildirilib. “New York Times”ın məlumatına görə, 4 ABŞ rəsmisi İsrailin husilərə qarşı hücumunda təkbaşına hərəkət etdiyini və ABŞ ordusunun heç bir müdaxiləsinin olmadığını bildirib.