“Almaniya yenidən ikiyə bölündü”
İfrat sağçıların ölkənin şərqində yüksəlişi diqqətləri özünə çəkib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
-
“Qoy çörəkpulu qazansınlar”
Olaf Şolz ölkəsinin immiqrasiyaya ehtiyacı olduğunu vurğulayıb
-
Almaniyanın immiqrasiya qərarına AB-dən etiraz
“Birlik ölkəsi yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə bilər”
-
Təhdid dolu məktublar
Almaniyanın üç əyalətindəki məktəblərdə dərslər dayandırılıb
Almaniya üçün Alternativ (AfD) partiyasının İkinci Dünya Müharibəsindən sonra Almaniyanın Türingiya əyalətində keçirilən seçkilərdə əyalət parlamenti seçkilərində qalib gələn ilk ifrat sağçı partiya olması ölkədə zəlzələ effekti yaradıb. Ölkədə ifrat sağçıların kütləvi yüksəlişinin səbəbləri müzakirə olunur.
Milliyyətçi, immiqrasiya əleyhinə siyasət yürüdən və Rusiyanı dəstəkləyən AfD Saksoniyada keçirilən seçkilərdə mühafizəkarlardan sonra ikinci olub. Hökuməti sarsıdan nəticələrin təhlilində ölkənin uzun illərdən sonra yenidən şərq və qərb arasında bölündüyünə dair şərhlər diqqət çəkir.
“The Guardian” qəzetindən Filip Oltermanın təhlilinə görə, 1989-cu ildə Berlin Divarının yıxılmasından 35 il sonra Almaniyada şərq və qərb arasındakı uçurum son seçkilərlə daha aydın görünüb.
AfD-nin xüsusilə Şərqi Almaniyada yüksəlişi diqqət çəkir. Hazırda heç bir partiya keçmiş Şərqi Almaniyanın mühüm mərkəzlərindən biri olan Türingiyada aparıcı partiya olan AfD-nin lideri Björn Höcke ilə koalisiya qurmaq istəmir.
***
Paytaxt Berlinə yaxın olan Brandenburq əyalətində bu ay keçiriləcək seçkilərdə AfD-nin ən güclü partiya olacağı gözlənilir. Almaniya siyasətinə qalıcı təsirləri gözlənilən seçkilər mərkəz sağ və sol partiyalara inamın getdikcə azaldığını göstərir.
Bildirilir ki, bu bölgələrin iqtisadi cəhətdən Qərbdən geri qalması Şərqdə ifrat sağçıların yüksəlişində çox ciddi təsir göstərir. Almaniyanın işsizliyin daha çox olduğu şərq əyalətlərində yaşlı əhali də ifrat sağçıları gücləndirən amildir.
Digər tərəfdən, şərq əyalətlərinin iqtisadiyyatı son illərdə “Tesla” və “Intel” kimi şirkətlərin qurduğu fabriklərin təsiri ilə sürətlə güclənir.
Bu ilin əvvəlində aparılan sorğularda Olaf Şolz hökumətinin onlara əhəmiyyət vermədiyini düşünənlərin nisbəti şərqdə 19 faiz, qərbdə isə 8 olub.
Bundan əlavə, kommunistlərin illərlə hakimiyyətdə olduğu Şərqi Almaniyada demokratiyaya inamın zəif olması ifrat sağçılara dəstəyi artıran amil kimi qiymətləndirilir.
Almaniyada ümumi seçkilərə bir il qalmış keçirilən ştat seçkilərinin nəticələri kansler Şolzun koalisiya hökumətini sarsıda və ölkədə daxili qarşıdurmaları gücləndirə bilər.