vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
12:18 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər kəsin sevdiyi “Hvaldimir”in sonu

Rus casusu hesab edilən balina Norveçdə ölü tapılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rus casusu kimi təlim keçməkdə şübhəli bilinən ağ balinanın ölüsü tapılıb. Norveç Yayım Korporasiyası bir ata və oğlunun şənbə günü Norveçin cənubundakı Resavika körfəzində balıq tutarkən “Hvaldimir” kimi tanınan ağ balinanı tapdığını bildirib.

Məlumata görə, Hvaldimir ilk dəfə 2019-cu ilin aprelində Norveçin İnqoya adası yaxınlığında görülüb. Balinanın üzərində kiçik kamera yerləşdirilmiş kəmər taxılmışdı və kəmər üstündə “Sankt-Peterburq avadanlığı” yazılmış metal etiket var idi. Bu vəziyyət ağ bailnanın casus olduğu iddialarını gücləndirmişdi.

Balinaya norveç dilində balina mənasını verən “Hval” sözünün və Rusiya prezidenti Vladimir Putinin adının birləşməsindən yaranan “Hvaldimir” adı verilmişdi. Britaniyanın “Sky” kanalının məlumatına görə, ekspertlər bildiriblər ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin balinaları hərbi məqsədlər üçün hazırladığı məlumdur.

Norveç mərkəzli yardım təşkilatı “Marine Mind” balinanın Norveçə Rusiya sularından keçərək orada ilişib qaldığını düşündüyünü bildirib.

Hvaldimir illər ərzində Norveçin bir çox dənizkənarı şəhərlərində görünüb və məlum olur ki, o, çox mehribandır və insanlarla oynamaqdan həzz alır. Norveç Yayım Korporasiyasının məlumatına görə, bu, onun şöhrətini artırıb.

Son üç ildir balinanı müşahidə edən dəniz bioloqu Sebastian Strand, Hvaldimirin ölüm səbəbinin aydın olmadığını və balinada ciddi xarici xəsarətlərin tapılmadığını bildirib.

Cavab olaraq, Hvaldimiri qorumaq üçün kampaniya başlatan “One Whale” təşkilatından Recina Krosbi Hyuq, balinanın “heç bir xəstəlik əlaməti olmayan sağlam, gənc balina” olduğunu söyləyib: "Mən həqiqətən ümid edirəm ki, onun ölümünün insanlarla heç bir əlaqəsi yoxdur”.