vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
20:47 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AŞPA Rusiyanı cəzalandırır

«Bura Assambleyadır və bizim yeganə silahımız birlikdə danışmaqdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurasının üzv dövlətlərinin öz öhdəliklərinə riayət etməsi üzrə Monitorinq Komitəsinin iclası başa çatmışdır. Monitorinq Komitəsinin sədri, avstriyalı deputat Stefan Şennax (Stefan Schennach) bildirib ki, Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı qətnamə layihəsinə Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi, ancaq səlahiyyətlərinin saxlanılması maddəsi salınıb.

«Monitorinq Qrupunun sədri olaraq mənə qətnamə layihəsi hazırlamaq tapşırılmışdı. Mən balanslaşdırılmış qətnamə hazırlamağa çalışdım. Bu qətnamə bir tərəfdən Rusiyaya sarı kart göstərir, digər tərəfdən isə dialoq üçün qapıları açıq saxlayır. Fikrimcə, dəyərləri birləşdirən bir ailə içində mərhələli həll yolu ən yaxşı yoldur. Odur ki, bu gün qəbul olunan və böyük çoxluğun iradəsini əks etdirən bu qətnamə layihəsi cümə axşamı səsverməsinə çıxarılacaq», - deyə Şennax bildirib.

Rusiya nümayəndə heyətinin sədri Aleksandr Puşkov Rusiyanın səsvermə hüququndan məhrum olması, amma səlahiyyətlərinin dondurulmamasından məmnun görünürdü. «Qüvvələr nisbəti bərabər olmayan bugünkü iclasda bəlli oldu ki, iclas iştirakçıların üçdə ikisi Rusiyanın səsvermə hüququndan məhrum olunmasının, ancaq səlahiyyətlərinin saxlanmasının tərəfdarı idilər. Onların yalnız üçdə biri səlahiyyətlərin ləğvinin lehinə idi. Bunun fonunda Parlament Assambleyasında baş tutacaq səsvermənin ssenarisini görə bilərik. Təbii ki, biz səsvermə hüququndan məhrum olmağın da tərəfdarı deyilik. Böyük ehtimalla bu qərar qəbul olunacaq, ancaq bu, bizim AŞPA-dakı fəaliyyətimizin davam etdirilməsinə mane olmayacaq. Və böyük ehtimalla da, biz nümayəndə heyəti olaraq Assambleya zalını tərk edəcəyik», - Puşkov deyib. 

Puşkov bildirib ki, Rusiya AŞPA-nı tərk etməkdə maraqlı deyil: »Biz ən böyük nümayəndə heyətlərindən biri olduğumuz üçün bizimlə hesablaşırlar. Biz Avropa Şurasına ən çox pul ödəyənlərdənik, odur ki, təsirimizi düzgün qiymətləndirmək lazımdır».

Puşkovun fikrincə, Rusiya nümayəndə heyətinin AŞPA-nı tərk etməsi britaniyalı nümayəndələrə sərf edir: «Bunun səbəbidir ki, bu təşəbbüsdə ən çox israr edənlər də onlardır». O, bunu onunla izah edir ki, britaniyalılar Avropa Demokrat Qrupu fraksiyasında liderliyi ələ keçirmək istəyirlər.

Puşkovun bu iddialarına Monitorinq Komitəsinin sədri Stefan Şennaxın reaksiyası sərt oldu. «Əslində, Avropa Demokrat Qrupunun daxilində gedən proseslər mənə maraqlı deyil. Bura Assambleyadır və bizim yeganə silahımız birlikdə danışmaqdır. Biz irəli getməliyik, «soyuq müharibə»yə doğru - geri yox. Bu məsələ AŞPA-nın daxilindəki siyasi qruplar səviyyəsində olan məsələ deyil. Bu, Ukraynayla Rusiya arasında olan məsələdir», - deyə Şennax jurnalistlərə bildirib.

Qeyd edək ki, bu prosedur AŞPA Nizamnaməsinin 9-cu maddəsinə əsasən (obyektiv səbəblərdən təsdiq olunmuş səlahiyyətlərə yenidən baxılması) aparılır. Nümayəndə heyəti Assambleyanı tərk edə bilər, ancaq bu kollektiv deyil, fərdi şəkildə olmalıdır. Səlahiyyətlərin dondurulması onların iştirakı olmadan da müzakirə oluna bilər. Səsvermə hüququnun dondurulması halları əvvəllər də olub. Çeçenistandakı vəziyyətlə əlaqədar olaraq, Rusiya nümayəndə heyətinin səsvermə hüququ 2000-ci ilin aprelindən 2001-ci ilin yanvarınadək əlindən alınmışdı. 1981-ci ildə demokratiyanın vəziyyəti ilə əlaqədar olaraq Türkiyənin səlahiyyətləri dondrulmuşdu.