vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:45 | 19 iyun 2014 | Cümə axşamı Məqaləyə 1516 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçılar atəşkəsdən imtina etdi

Poroşenkonun növbəti addımı nə olacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın şərqindəki rusiyayönümlü separatçılar Kiyevin atəşkəs təklifindən imtina ediblər. Separatçılar Rusiyaya qoşulmaq üçün kampaniyalarını davam etdirirlər. BMT öz hesabatında zorakılıq nəticəsində yüzlərlə insanın öldüyünü yazıb. Məlumatı «Deutsche Welle» yayıb.


Özünü Respublika elan etmiş Donetsk əyalətinin baş komandanı prezident Petro Poroşenkonun atəşkəs təklifinin «mənasız» olduğunu bildirərək bundan imtina edib.

«Bizim tək istəyimiz işğalçı qüvvələrin torpaqlarımızdan getməsidir», - Denis Puşilin iyunun 18-də Moskvanın «Dojd» telekanalına bildirib.

Xatırladaq ki, Poroşenko iyunun 17-də Rusiya prezidenti Putinlə danışıqlardan sonra atəşkəs təklif etmişdi. «Sülh planı birtərəfli atəşkəs haqqında göstərişimlə başlayır. Bundan sonra silahlı qrupların tərksilah olunması və qayda-qanunun bərpasına ümid edirik», - Poroşenko çərşənbə günü Kiyevdə bildirib.

Ukraynanın müdafiə naziri Mixayil Koval atəşkəs haqqında əmrin bir neçə günə imzalanacağını deyib.

 

BMT müşahidəçilərinin hesabatı

 

BMT-nin bölgə üzrə insan haqları ofisinin 34 müşahidəçisi hesabat yayıb. Hesabata görə, mayın 7-dən indiyədək 257-si mülki şəxs olmaqla, ən az 356 nəfər öldürülüb. 200 işgəncə faktı qeydə alınıb, iyunun 7-dən bəri 81 nəfər saxlanılıb.

«Söhbət həmin kiçik ərazilərdə qorxu, ya da terrorun hökm sürməsindən gedir», - iyunun 18-də insan haqları idarəsinin Avropa departamentinin rəhbəri Canni Magatseni bildirib.

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay hesabatda yazır ki, «etibarsızlıq və qorxu» Ukraynanın Kiyevdən müstəqilliklərini elan edən Donetsk və Luqansk əyalətlərindən 34 min nəfəri didərgin salıb».

«İnsan haqlarının pozulması ilə bağlı cinayətkarlıq təkcə jurnalistlər, seçilmiş nümayəndələr, yerli siyasətçilər, dövlət qulluqçuları və vətəndaş cəmiyyətinin fəallarına yönəlməyib. Silahlı qrupların adam oğurluqları, həbsləri, qəddarlıq, işgəncə və törətdikləri qətllər indi hər iki şərq bölgəsinin bütün əhalisinə pis təsir göstərib», - hesabatda deyilir.