ABŞ kəşfiyyatı hökuməti izləyir
Amerikanın məşhur media qurumu iddianı sübut edən məxfi sənəd yayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qalan 20 faizi də...”
Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı
-
ABŞ müəyyən nəticələr çıxarıb
İndidən “S-500”lərə köklənmək tez deyilmi?..
-
“Buna məcbursunuz”
Tramp zəng etdi, qiymət düşdü
-
Venesuelaya sanksiyalar bazara təsir edəcək
Bakı görüşünün OPEC+ formatını uzatmağa zəmin yaradacağı gözlənilir
-
Qlobal neft hasilatı azalıb
2019-da qara qızıla tələbat artacaq
-
Azərbaycan nefti ucuzlaşdı
Qiymətlərdə 10 sent düşmə var
-
Diktator ölkəsini blokadaya alıb
Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi
-
“Səddamı da bu yolla devirdilər”
Elxan Şahinoğlu: “MKİ Venesuelanın ordu generalları ilə danışıqlar aparır”
-
Venesuelaya qarşı sanksiyalar sərtləşdi
Bu dəfə hədəfdə olanlar əsasən güc strukturlarının rəhbərləridir
-
Neft daha da bahalaşdı
ABŞ və Çinin sayəsində
-
66 dolları keçdi
Neft qiyməti üzüyuxarı istiqamət götürüb
-
“Brent”in qiyməti yüksələcək
“Goldman Sachs” 67, “Spenser Welch” 70 deyir
-
7 gündə 7 qurğu
ABŞ-da qazılan neft quyularının sayı artıb
-
“Azərbaycan bu dəyişiklikləri ciddi analiz etməlidir”
İqtisadçı professordan xəbərdarlıq
-
“Azer Light” bu ilin rekorduna yaxınlaşır
Dünya bazarında neft ucuzlaşır, amma …
-
Neft yenidən bahalaşmağa başlayıb
İranın tətbiq olunacaq sanksiyalar dünyanı panikaya salıb
«The Washington Post» qəzeti ABŞ Milli Kəşfiyyat Agentliyinin Azərbaycan hökuməti barədə kəşfiyyat məlumatları toplamasına icazə verən tam məxfi qrifli hökumət sənədini yayıb. Virtualaz.org saytı xəbər verir ki, sənəd 2010-cu ildə imzalanıb.
Orada göstərilir ki, Milli Kəşfiyyat Agentliyi «Xarici kəşfiyyat fəaliyyəti haqqında» qanun əsasında Azərbaycan da daxil olmaqla dünyanın 193 ölkəsinin hökuməti barədə kəşfiyyat məlumatlarını toplamaq səlahiyyəti verilib.
Sənədə əsasən Milli Kəşfiyyat Agentliyi bu məlumatlar xaricdəki Amerika şirkətləri vasitəsilə də əldə edə bilər. Sənəd 2010-cu il, iyulun 16-da möhürlənib.
ABŞ kəşfiyyatı izləmək üçün aşağıdakı ölkələrin hökumətlərini seçib:
Əfqanıstan, Albaniya, Əlcəzair, Andorra, Anqola, Antiqua və Barbuda, Argentina, Ermənistan, Avstriya, AZƏRBAYCAN, Baham adaları, Bəhreyn, Banqladeş, Barbados, Belarus, Belçika, Beliz, Benin, Butan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Burundu, Kamboca, Kamerun, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Çili, Çin, Kolumbiya, Komor adaları, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kosta-Rika, Kot dİvuar; Xorvatiya; Kuba; Kipr; Çexiya; Danimarka, Cibuti, Dominika, Dominikan Respublikası, Şərqi Timor, Ekvador, Misir, Salvador; Ekvatorilal Qvineya; Eritreya; Estoniya; Efiopiya; Fici; Finlandiya; Fransa; Qabon; Qambiya; Gürcüstan; Almaniya; Qana; Yunanıstan; Qrenada; Qvatemala; Qvineya; Qvineya-Bisau; Qayana; Haiti; Honduras; Macarıstan; İslandiya; Hindistan; İran; İraq; İrlandiya; İsrail; İtaliya; Yamayka; Yaponiya; İordaniya; Qazaxıstan; Keniya; Kiribati; Koreya Xalq-Demokratik Respublikası; Koreya Respublikası; Kosovo; Küveyt; Qırğızıstan; Laos; Latviya; Livan; Lesoto; Liberiya; Liviya; Lixtenşteyn; Litva; Lüksemburq; Makedoniya; Madaqaskar; Malavi; Malayziya; Maldiv adaları; Mmalta; Marşall adaları; Mavritaniya; Mavrika; Mozambik; Namibiya; Nauru; Nepal; Niderland; Nikaraqua; Niger; Nigeriya; Norveç; Oman; Pakistan; Palau; Panama; Papua-Yeni Qvineya; Paraqvay; Peru; Filippin; Polşa; Portuqaliya; Qətər; Rumıniya; Rusiya; Ruanda; Sent-Kits və Nevis; Sent-Lyusiya; Sent-Vinsent və Qrenadina; Samoa; San-Marino; San-Tome və Prinsipi; Səudiyyə Ərəbistanı; Seneqal; Serbiya; Seyşel adaları; Sierra-Lione; Serbiya; Slovakiya; Sloveniya; Solomon adaları; Somali; CAR; İspaniya; Şri-Lanka; Sudan; Surinam; Svazilend; İsveç; İsveçrə; Suriya; Tayvan; Tacikistan; Tanzaniya; Tailand; Toqo; Tonqa; Trinidad və Tobaqo; Tunis; Türkiyə; Türkmənistan; Tuvalu; Uqanda; Ukrayna; Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Özbəkistan,
Vanautu; Vatikan; Venesuela, Vyetnam; Qərbi Saxara, Yəmən; Zambiya, Zimbabve.
Həmçinin sənədə əsasən ABŞ kəşfiyyatı bir sıra beynəlxalq təşkilatları, o cümlədən Dünya Bankını, Avropa Mərkəzi Bankını, Avropa İttifaqını, Afrika Birliyini, Asiya İnkişaf Bankını və s. izləmək ixtiyarına malikdir.
ABŞ-ın xarici kəşfiyyat qanununa edilmiş düzəlişə görə, hər il Ali Məhkəmə tərəfindən Milli Kəşfiyyat Agentliyinin kəşfiyyat məlumatları toplamaq üçün izləyə biləcəyi ölkələrin və şəxslərin siyahısı təsdiqlənməlidir. Bu sənəd də həmin düzəlişə əsasən imzalanıb və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin Milli Kəşfiyyat Agentliyinin məlumat bazasından ələ keçirilmiş məxfi sənədlər arasındadır.