vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
12:47 | 11 fevral 2015 | Çərşənbə Məqaləyə 2954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda kürd-erməni savaşı

Ermənistan dünyanın yeganə monoetnik dövlətinə çevrilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Batan gəmini adətən siçovullar birinci tərk edir. Ermənistanda da belə oldu. ANS PRESS-in məlumatına görə, 2000-ci ildən başlayaraq ermənilər kütləvi şəkildə ölkədən getməyə başlayıblar və 800 min erməni vətəndaşlıqdan çıxaraq ölkəni tərk edib.

Əgər 2000-ci ildə ölkədə qeydiyyatda olanların sayı 3,8 milyon idisə, hazırda rəsmi məlumata görə, 3 milyon ətrafında dəyişir. Real mühacirət nəzərə alınarsa, ölkəni tərk edənlərin sayı bir neçə dəfə çoxdur. Ermənistanda qeydiyyatda ola-ola Rusiya və başqa ölkələrdə yaşayanların sayı 1,5 milyondan çoxdur. Avropadakı erməni diasporu təşkilatlarının verdiyi məlumata görə, hazırda ölkədə 1,4 milyon adam yaşayır.

İndi Ermənistanı milli azlıqlar da tərk etməyə başlayıb. Ermənistan milli azlıqlarının milli mədəni təşkilatlarının koordinasiya şurasında yəzidi kürdlərin təmsilçisi olan Siaband Bakoyanın verdiyi məlumata görə, 10 il ərzində ölkədə yaşayan yəzidi kürdlərin sayı 10 min nəfər azalıb və hazırda Ermənistanda 36 min yəzidi kürd yaşayır. Bakoyan problemi yəzidi kürdlərin hakimiyyət orqanlarında təmsilçilərinin olmaması ilə izah edir.

Erməni mətbuatının yazdığına görə, bu, yəzidilərin dolanışığının pisləşməsinə səbəb olur. Yarımköçəri yəzidi kürdləri heyvandarlıqla məşğul olur və erməni məmurlar onların yaylağa qalxmasına mane olmaq üçün müxtəlif cərimələr uydururlar. Nəticədə, yəzidilər sürüləri sataraq ölkəni tərk edirlər. Bakoyan Geqarkunik vilayətində (Göyçə mahalında) yerləşən 20 yəzidi kəndinin icra nümayəndəsinin kürd olmasını xahiş edib. Çətin ki, ermənilər onun bu xahişini yerinə yetirsin. Dünyanın yeganə monoetnik dövlətinə sahib olmaları ilə fəxr edən ermənilər yəzidiləri və digər etnik azlıqları ölkədən tam çıxarmağı çoxdan arzulayırlar.

Eyni tale sayı 1500-ə çatan yunanları və sayı 3 min ətrafında dəyişən aysorları da gözləyir.