Hazırın NAZİRi
Torpaqlar işğal olunubsa, o demək deyil ki, sənədlər də it-bata düşüb
Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Aşıq Ələsgərin kürd kimi qələmə verilməsi tarixi şəxsiyyətlərimizin etnik kökənin dəyişərək başqa millətlər kimi hallanması hadisəsi ilk deyil. Kürd millətinə sözümüz yoxdur, hər bir millətə hörmətimiz sonsuzdur (erməni və farsdan başqa - müəllif.)
Lakin şəxsin etnik kimliyinin dəyişməsi tək o insana deyil, o insanın yaşadığı yerin tam etnik tərkibinə dair yalan informasiyaların yaranmasına səbəb olur. Təxminən 9-il öncə Rusiyada «Sovet Kürdlərinin Ensiklopediyası» kitabı hazırlanırdı.
Və çox təəssüflər olsun ki, bu sərsəm təxəyyül məhsulu olan «ensiklopediya» barəsində nə Azərbaycanın rəsmi dövlət strukturlarının, nə də dövlət və qeyri-dövlət statusunda olan digər aidiyyatlı qurumların rəsmi açıqlamaları verilmədi.
Milliyyətcə kürd olan Həjər Əsgərov (Hejarê Şamîl) kitabın müəliffi olaraq Xurşidbanu Natavan, Abbasqulu ağa Bakıxanov, Babək, Şah İsmayıl Xətai və digər Azərbaycanın tarixi şəxsiyyətləri və ictimai-siyasi xadimləri kürd kimi təqdim edirdi. Bu siyahıda Ramiz Rövşən, Ağa Laçınlı kimi şairlər də var idi. Onunla və www.encyclopedia.ru saytı ilə danışıqlara başladım. Həjər Əsgərov ilk olaraq bu kitabda həmin adların qəti şəkildə veriləcəyini qeyd edirdi. Rusiya Elmlər Akademiyası, Rusiya Müəllif hüquqları Agentliyi və digər elmi qurumlara aramsız yazdığım məktublar və adları çəkilənlər barədə tutarlı faktlar və sənədlər axırda öz işini görmüşdür. Kitabı nəşr edəcək olan www.encyclopedia.ru saytı və Həjər Əsgərov geri çəkilməli oldu. Həjər mənim elektron ünvanıma belə mövzuda məktub yazdı: «Kitab hələ çap edilməyib. Və kitabda Xurşudbanu Natəvan, Abbasqulu ağa Bakixanov və s. kimi şəxsiyyətləri kürd olaraq vermək fikrimdən vaz keçdim. Onlar kürd xalqı üçün heç bir şey etməyiblər. Azərbaycan xalqına xidmət ediblər. Məktubunuz üçün təşəkkür edirəm. Herj.»
Bunu yazmaqda məqsədim odur ki, Nazir Əhmədli Aşıq Ələsgəri kürd kimi nə qədər qələmə verirsə versin. Sənədlər və faktlar yerində qalıb. Elə bilməsinlər ki, torpaqlar işğal olunmaqla yanaşı sənədlər də it-bata düşüb. Ona görə əziyyət çəkib millətin dəyərli şəxslərinin etnik tərkibin dəyişməyə xidmət etməsinlər.