Türkiyə İraq sərhədinə texnika və qoşun yeridib
Başik bazası gücləndirilə bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
Türkiyə İraq sərhədinə çoxlu sayda zirehli texnika və əlavə qoşun kontingenti cəmləşdirir. Bu barədə NTV telekanalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, çoxlu sayda tanklar və digər zirehli texnika İraqla həmsərhəd Şırnak əyalətinə irəliləyir. Texnikanın mərkəzi əyalətlərdən göndərildiyi bildirilir.
Türkiyənin müdafiə naziri Fikri İşık bu məlumatı təsdiqləyib. O bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi bölgədə hadisələrin mümkün inkişafına hazırlıq məqsədi ilə həyata keçirilir. Nazir həmçinin qeyd edib ki, zərurət yarandıqda Türkiyə İraqın şimalında yerləşən Başik bazasındakı hərbi kontingentini gücləndirə bilər.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqla sərhəddə hərbi kontingenti gücləndirmək niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, İraqın Təl-Əfər şəhərində kompakt yaşayan türkmənlərə qarşı hər-hansı qüvvələr tərəfindən zor tətbiq edilərsə, Türkiyə buna «fərqli cavab» verə bilər.