vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
13:54 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 803 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Büdcə pullarını PKK üçün xərcləyiblər»

«Bələdiyyənin texnikasından mina basdırmaq, xəndək qazmaq üçün istifadə edilib»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz» desən aparıb ifadəni alarlar». Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xalqların Demokratik Partiyasından (HDP) seçilən millət vəkillərinin həbsindən danışan nazir bütün günahları bir başa deputatlarda bilib:

«Toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. HDP-çi deputatlar isə dəvətləri rədd ediblər.

Hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır».
Mövlud Çavuşoğlu saxlanılan deputatlardan bəzilərini PKK terror təşkilatına silah verməkdə ittiham edib: 

«HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir».