FTB Klintonu yenə hədəfə alıb
Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar hədiyyə aldığını etiraf etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Böyük ABŞ-ın Kiçik Cosu
... Yaxud Bill Klintondan Baydenə qədər zamanda balacalaşan Ağ Ev
-
93 yaşlı eks-prezident
Ata Buş ABŞ-ın ən uzunömürlü dövlət başçısı oldu
-
Qərb sirlərini niyə açır?
Pul və qadın hərisliyinin qlobal ifşası
-
Dünyada ilk internet müharibəsi başladı
Kataloniya hadisələri Berlin divarının yıxılmasından sonra ən böyük konfliktdir
-
Lenin Assancı haker adlandırdı
London polisi isə «Wikileaks»in qurucusundan əl çəkmir
-
Assanca qarşı istintaq dayandırıldı
Amma «Wikileaks»in qurucusunun həbs təhlükəsi qalır
-
MKİ televizorları da dinləyirmiş
«Apple», «WhatsApp», «Signal», «Telegram» necə ələ keçib?
-
Assanc mətbuat konfransı keçirdi
«WikiLeaks» Mərkəzi Kəşfiyyat İdarəsinin sirlərini ələ keçirib yaymağa başladı
-
«Wikileaks»in yaradıcısından ittiham
«Demokratların uduzmasının əsas səbəbi düzgün namizəd seçə bilməməsi oldu»
-
«Onun başı tam qaydasında işləmir»
«WikiLeaks» Hillari Klintonun köməkçisinin yazışmasını açıqladı
-
«Apple» müştərilərini hökumətlərə satır
-
«ABŞ-ın növbəti prezidenti qadın olacaq»
Soros kampaniyaya 25 milyon dollar bağışlayıb
ABŞ-ın sabiq prezidenti Bill Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.
APA-nın verdiyi məlumata görə, bu, bu ilin oktyabrında «WikiLeaks» saytında «Clinton Foundation» əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.
«Clinton Foundation» əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər. Telekanalın məlumatında vurğulanıb ki, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib. Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.