vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
12:06 | 26 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Apple» müştərilərini hökumətlərə satır

«WikiLeaks»dən daha bir şok sənəd

Samir QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«WikiLeaks» saytı senator, Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın məktublarının 18-ci hissəsini yayımlayıb. Yada salaq ki, əvvəlki hissələrdə də sensasion materiallar var idi.

Dünən açıqlanan məktubda yazılanlardan məlum olur ki, «Apple» şirkəti öz müştərilərinin haqqındakı məlumatları və onların smartfonlarından, planşetlərindən əldə etdiyi müxtəlif informasiyaları ayrı-ayrı ölkələrin hökumətlərinə təqdim edir. Bu, şirkətin vitse-prezidenti Liza Ceksonun senator Con Podestaya yazdığı məktubdan açıq şəkildə bəlli olur.

- Biz hər ay min dəfələrlə Apple istifadəçilləri və onların işlətdikləri qurğular haqqında məlumatları orderlərə və digər məhkəmə sənədlərinə uyğun olaraq, hökumətlərə təqdim edirik. Bizim bu cür sorğulara gündə 24 saat cavab verən xüsusi komandamız var. Güclü şifrələmə alqoritmləri «Apple» şirkətinin meta-məlumatları əldə etmək və hökumətlərə çatdırmaq imkanlarını məhdudlaşdırmır,- deyə məktubda vurğulanır.

Məktub 2015-ci ilin dekabrın 20-də yazılıb.