vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
17:00 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp toya gediləsidir

Ən böyük deportasiyaçı Obama imiş?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trampın Latın amerikalılarını kriminal, narkoman və qadınzorlayan adlandırması böyük qalmaqallara səbəb olub.

Donald Tramp «BCS»in «60 Minutes» proqramına müsahibəsində ölkədən 2-3 milyon qanunsuz miqrantı deportasiya edəcəyi barədə vədi bir daha təsdiqləyib.

Cənab Tramp demişdi ki, bu 2-3 milyon ispandilli deportasiya edildikdən sonra ABŞ-da qanunsuz yaşayan daha 11 milyon miqrantın «işinə baxılacaq».

Lakin «The İndependent» yazır ki, Donald Trampın bu vədlərini, nə qədər qəribə səslənsə də hazırkı prezident Barak Obama artıq icra edib.

ABŞ-ın vəzifəsini tərk etməkdə olan prezidenti 20-ci əsrin bütün ABŞ prezidentlərinin birlikdə deportasiya etdiyindən daha çox miqrantı ölkədən xaric edib.

«The İndependent» yazır ki, buna görə bir sıra QHT-lər Obamanı hətta «ali baş deportasiyaçı» da adlandırırdılar.

Məqalədə deyilir ki, Obamanın 2012-ci il fərmanına və bu sənədin vaxtını uzadan 2014-cü il fərmanına əsasən Birləşmiş Ştatlardan 2009-2015-ci illər arasında 2, 5 milyon sənədsiz miqrant çıxarılıb.

Qəzet yazır ki, bütün bunlar Latın Amerikası mənşəlilərin seçkidə Obamanı dəstəklədikləri bir şəraitdə baş verib. Halbuki bu dəstəyin müqabilində prezident onlara miqrasiya qanununu Konqresdən keçirməyi vəd etmişdi.

Bu da qeyd olunur ki, Obamanın fərmanı ilə ölkədən çıxarılanların 90 faizi «milli, sərhəd və ictimai təhlükəsizliyə hədə» kateqoriyası ilə deportasiya olunub.

«Odur ki, bu siyasətlə Trampın təklif etdiyi siyasət arasında böyük fərq yoxdur yazır» - qəzet.

Məqalədə deyilir ki, Donald Tramp deportasiya üçün adam tapmaya bilər, çünki hazırda 1, 9 milyon miqrant Obamanın fərmanı ilə deportasiyasını gözləyir.

Necə deyərlər, Trampa Obamaya baxanda toya gediləsidir. Çünki yeni prezident üçün departasiya ediləsi cəmi 1, 1 milyon miqrant qalır.

«The İndependent» yazır ki, hətta bu qədər adamı deportasiya etməkdə də böyük çətinliklər yarana bilər. Belə ki qanunsuz miqrantların deportasiyası ilə bağlı bəyanatları respublikaçıların özləri də tənqid edirlər.

Məqalədə deyilir ki, hal-hazırda Trampın başqa qruplardan olan miqrantların deportasiyası üçün konkret planı yoxdur.