Neft ölkəsində devalivasyanın dərinliyi
Qara qızılla birgə qiymətdən düşən Venesuela pulunu tərəzidə çəkirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maduro küncə sıxısışdırıldı
Ölkədə cəmi 6 həftəlik yanacaq qaldı, Vahid Ələkbərovun şirkəti də əməliyyatları dayandırdı...
-
Maduronun “qida borusu” daralır
PDVSA sanksiyalarına sözardı...
-
Dövlət neft şirkəti qara siyahıda
ABŞ sanksiyaları kəskinləşdirdi
-
Venesuela çevrilişinin gizlinləri…
Daha bir ölkədə Rotşildlərlə Pentaqon savaşı
-
Venesuelada qiyam
Polis zabiti qaçırdığı vertolyotla hara uçdu... ?
-
Vaşinqtonda Venesuela müzakirələri
Diplomatlar böhranından çıxış yolları axtarır
-
Etirazların anası, biçarə hökumət...
Venesuella vətəndaş müharibəsi ərəfəsində
-
«Qoca kişidir, təhqir etmək istəmirəm…»
Nazir qonşu ölkənin prezidentini «it», «əl tulası» adlandırıb dedi
-
Defolt olacaqmı...
Neft ölkəsi uçurumun bir addımlığında
-
Obamadan Tehrana son zərbə
ABŞ prezidenti Rusiyadan sonra İrana qarşı sanksiyaları qüvvədə saxladı
-
Parlamentin «seçdiyi» prezident...
Narkotik alverçisi, terror təşkilatları ilə əlaqəli siyasətçi, antisemit, İranın dostu...
-
Həbsxanada aclıq
İki məhkumu yedilər
-
ARDNŞ ixtisara məcburdur
«Kütləvi işdənçıxarılmalar əmək bazarında işsizlərin sayını kəskin artıracaq»
-
«The İndependent» yazır ki, bu ilin sonunadək Venesuelada inflyasiyanın 720 faizə çatacağı gözlənilir. İndi milli valyuta bolivarın ən böyük əsginasının qiyməti cəmi 5 ABŞ sentidir.
Məqalədə deyilir ki, Cənubi Amerikanın bu sosialist ölkəsində mağazalarda satıcılar alıcılardan malın haqqını pul kisələrini çəkməklə alırlar. Adamların çoxu pullarını böyük çanta və torbalarda gəzdirirlər.
Təhlilçilər isə deyirlər ki, Venesuela inflyasiyası artıq cilovlana bilməz.
2014-cü ildən bəri sürətlə düşən neft qiymətləri Venesuela iqtisadiyyatını vuran qoyub. Bütün bu proseslərə cavab olaraq prezident Nikolas (Nicolas) Maduro milli valyutanın məzənnəsini saxlamağa çalışır və banklardan daha çox kağız pul çap olunmasını tələb edir.
Pul qiymətdən düşdükcə malların qiyməti od tutub yanır.
Paytaxt Karakasda delikates dükanının sahibi Umberto Qonzales (Humberto Gonzalez) «Bloomberg»in müxbirinə deyib ki, o nazik pendir dilimlərini və alıcılardan qəbul etdiyi pul bağlamalarını eyni tərəzidə çəkir.
Cənab Qonzales deyib ki, hazırda pendir də puldan bahadır.
Konsaltinq firmalarından birinin direktoru Xesus Kasiqe (Jesus Casique) isə deyir ki, pulun çəki ilə hesablanması maliyyə böhranının göstəricisidir.
O deyir ki, sadə venesuelalılar vəziyyətin nə dərəcədə ciddi olduğunu dərk eləmirlər, çünki hökumət bu barədə heç bir məlumat vermir.
Neft Venesuela ixracatının 90 faizini və ölkə iqtisadiyyatının dörddə birini təşkil edir.
Ənənəvi olaraq neft gəlirləri dövlət büdcəsinin tam yarısını təmin edərdi.
«The İndependent» yazır ki, Venesuela əksər neft ölkələri kimi Holland xəstəliyinə tutulub.
Məqalədə deyilir ki, 2014-cü ildən bəri neft qiymətləri düşməyə başlayanda bolivarın devalvasiyadan başqa yolu qalmırdı.
Cənab Maduro inqilabı sələfi Uqo Çavez (Hugo Chavez) 2013-cü ildə vəfat edəndən sonra vəziyyətdən çıxış yolunu milli valyuta bolivarın məzənnəsini saxlamaqda görüb.
Bu isə öz növbəsində ölkədə nəhəng qara bazarın yaranması ilə nəticələnib.
İndi fərasətli venesuelalılar üçün min bir fırıldaqla dollar əldə edib onu bolivara satmaq ən gəlhagəlli biznesə çevrilib. Elə bu sayaq biznesdir ki, Venesuela inflyasiyasını hədsiz şişirtməkdə davam edir.
Pul torbaları
Karakasın varlı məhəllələrindən birində qəzet köşkü saxlayan və burada siqaret və xırdavat satan kişi «The Washington Post» qəzetinə deyib ki, o hər axşam plastik kisəni 100 min bolivar əsginasla doldurub qarət olunmaqdan qorxa-qorxa evinə aparır. «Bu qədər pul» təxminən 42 funt sterlinq edir.
42 yaşlı köşk sahibi deyir ki, ən çox satdığı mal siqaretdir və neftin qiyməti düşəndən bir qutu siqaretin qiyməti 250 bolivardan 2 min bolivara qalxıb.
Əcnəbilər üçün bu o deməkdir ki, bankomatdan 10 dollar dəyərində milli valyuta çıxarmaq istəsən gərək böyük çantanı hazır saxlayasan.
Elektron hesablaşma daha münasib olsa da, bütün ölkə boyunca xırda bizneslərin buna pulu çatmır.
Bu arada ölkəni sosialist şüarları ilə idarə etməkdə davam edən Maduro ölkədə yaranmış acınacaqlı vəziyyətə görə müxalifəti və «imperialist» ABŞ-ı ittiham edir.
«The İndependent» yazır ki, prezident daha bir çıxış yolu da tapıb və o daha iri məbləğli əsginasların çap olunmasını planlaşdırır.
Hazırda ölkənin ən iri əsginası 100 bolivardırsa, indi əsginaslar 500-lüklərdən başlayıb 20 minliyə çatacaq. 20 min bolivarın dəyəri isə 8 funt sterlinqdir.
Amma təzə pullar buraxılanadək venesuelalılar nə edəcəklərini bilmirlər. Karakas ətrafında çörək sexi olan Bremmer Rodriqes (Rodrigues) deyir ki, evi pul kisələri ilə doludur.
«Mən özünü lap narkobaron Pablo Eskobar (Escobar) kimi hiss edirəm, - deyib 25 yaşlı Rodriqes, - Pul dağlarının üstündə oturmuşam».