Etirazların anası, biçarə hökumət...
Venesuella vətəndaş müharibəsi ərəfəsində
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
-
Maduroya sui-qəsd xəbərdarlığı
6 əcnəbi həbs olundu
-
Qonzales ölkəni tərk etdi
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
-
Etirazları dağıtmaq üçün sürpriz qərar
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
-
Qonzales barədə həbs qərarı
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
-
Maduronun təyyarəsinə həbs
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
-
Avropa da Madurodan üz döndərdi
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
-
Süni intellektlə senzuradan yayınmaq
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
-
Maduro yeni kabinetini elan edib
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
-
“Baş prokuror qınandığını bilir”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
-
Qonzalesə həbs təhlükəsi
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
-
Qonzalesdən beynəlxalq dəstək çağırışı
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
-
AB Maduronu tanımır
İspaniya XİN də tam şəffaflıqda israr edir
-
“Konstitusiya ölkədəki hər kəs üçündür”
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
-
Madurodan sanksiyaya qarşı həmlə
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
-
“Hakimiyyətdən əl çək!”
Venesuela müxalifətindən Maduroya çağırış
İki il əvvələdək neft pullarının içində üzən Venesuela indi aclıq, yoxsulluq, qıtlıq və səfalət astanasındadır. Ölkədə kütləvi etiraz aksiyaları səngimir.
Dünən paytaxt Karakasda keçirilən «Bütün marşların anası» adlanan kütləvi etiraz yürüşündə nümayişçilərlə polislər arasında toqquşmalar olub. Ölkə prezidenti Nikolas Maduronun siyasətinə etiraz edənlər arasında 17 yaşlı gənc həlak olub. Ağır yaralanmış gənc aparıldığı xəstəxanada keçinib.
Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Dünən axşam saatlarında isə Taçira ştatındakı San-Kristobal şəhərindəki etiraz aksiyasında 23 yaşlı qadın həlak olub. Müxalifətçilərin nümayişini dağıtmaq üçün küçələrə çıxarılmış iqtidaryönlü qruplarla aksiya iştirakçıları arasında dava olub. Bu dava zamanı həmin qadın güllələnib.
«Bütün marşların anası»nda Karakasda küçələrə çıxan yüz minlərlə venesuelalı «Rədd olsun diktatura!», «Rədd ol, Maduro!» qışqırıblar.
Ölkənin bir çox şəhərlərində etiraz aksiyaları davam edir.
Latın Amerikasının 11 ölkəsi Venesuelanın hakimiyyət dairələrini söz və sərbəst toplaşmaq azadlıqlarına sayğı ilə yanaşmağa çağırıblar.
«Venesuela rəhbərliyi vətəndaşların dinc nümayişlər və mitinqlər keçirmək azadlığını tam təmin etməlidir», - Argentina, Braziliya, Çili, Kosta-Rika, Qvatemala, Honduras, Kolumbiya, Meksika, Paraqvay, Peru və Uruqvayın imzaladıqları birgə bəyanatda deyilir.
Venesuela prezidenti Nikolas Maduro isə bütün bunları eyninə almır. O, «Bolivarian Xalq Milisi» adlı könüllü xalq drujinalarının heyətinin sayının 100 min nəfərdən 500 min nəfərədək artırmaq barədə fərman verib. Hər yeni drujinaçıya silah veriləcək.
Venesuelanın mərhum prezidenti Uqo Çavesin əmri ilə yaradılmış «Bolivarian Xalq Milisi» ölkənin silahlı qüvvələrinə dəstək və «sosialist inqilabının daxili. habelə xarici düşmənlərdən qorunması» məqsədi güdür. Çaves bu «milis»in sayının 1 milyona çatdırılmasını planlaşdırırdı.
Baş verənlər Venesuelanın vətəndaş savaşı əsnasında olduğunu göstərir. Belə davam edərsə, situasiya tam nəzarətdən çıxacaq, xalqa qarşı ordu yeridiləcək.