
ABŞ üçün vətəndaş müharibəsi ssenarisi
Kaliforniya Birləşmiş Ştatlardan ayrıla bilərmi?
Kaliforniya Birləşmiş Ştatlardan ayrıla bilərmi?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
Almaniya Ukrayna göndəriləcək “Patriot”lar üçün ABŞ ilə danışıqlar aparır
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Tramp müstəqilliyin 250 illiyi münasibətilə UFC matçı keçirəcək
Merkel Oval kabinet xatirələrini danışıb
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Qurğuşun bahalaşıb, alüminium gözləyir
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
ABŞ prezidenti ticarət müqaviləsi imzalandığını açıqladı
İki nəfər casusluq ittihamı ilə həbs edilib
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
“Trampa hücum zamanı 5 dəfə atəş açıldığı güman edilirdi”
Venesuela yaxın aylarda ciddi yanacaq böhranı ilə üzləşəcək.
Bu haqda Almaniyanın “Handelsblatt” qəzeti Latın Amerikasının konsaltinq şirkəti “Ecoanalitica”nın təhlillərinə əsasən yazır. Nəhəng neft ehtiyatlarına malik olan ölkənin tezliklə benzin və dizel qıtlığı ilə üzləşə biləcəyinin səbəbi isə ABŞ-ın Nikolas Maduronun rejiminə qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyalardır.
İlkin məlumatlara görə ölkədə yanacaq cəmi 6 həftəyə bəs edəcək, aprelin ortalarında yanacaq anbarları boşalacaq. Hazırda Venesuela sahillərində dəyəri 500 milyon dollar olan 8.4 milyon barel neftlə yüklü 16 tanker dayanıb, ölkədə neft hasilatı gündə 1.49 milyon barelə qədərə azalıb. Venesuelanın dövlət neft şirkəti sanksiyalara görə nefti sata bilmir, ölkənin özünün neft emalı zavodlarının gücü isə neftinin hamısını emal etməyə bəs etmir.
Artıq iki iri neftayırma zavodu fəaliyyətini dayandırıb. Onlar gündə cəmi 77 min barel yanacaq istehsal edirdi. Daha bir neftayırma zavodu-“Paraquana” isə 940 min barel istehsal gücünə malik olsa da cəmi 70 min barel yanacaq istehsal edə bilir. Bu isə daxili bazarda tələbatı ödəməyə bəs etmir. Təkcə Venesuela donanması gündə 110 min barel benzin və 80 min barel dizel istehlak edir.
Maduro rejimi problemi Hindistanın hesabına həll etməyə çalışır. Hindistan ABŞ-ın embarqolarından sonra Venesueladan neft almağa icazəsi olan yeganə ölkədir. PDVSA dövlət neft şirkətinin rəhbərliyi yeni təchizat bazarları axtarmaq üçün Asiya və Yaxın Şərq ölkələrinə səfərlər etsə də nəticə əldə edilməyib.
Bu arada sanksiyalara görə Rusiyanın “Lukoil” şirkətinin beynəlxalq treyder şirkəti “Litasco” da Venesuelada əməliyyatlarını dayandırıb. Bu barədə jurnalistlərə “Lukoil” prezidenti Vahid Ələkbərov bildirib. “Litasco” artıq Venesuelada işləmir, sanksiyalara qədər neftin satışı və çatdırılması üzrə əməliyyatlar olub. Ancaq sanksiyalar tətbiq ediləndən bəri bu əməliyyatlar aparılmır”, - o deyib.