Aviasiya dinc əhalini bombalayır
Hələbin 90 faizi Suriya ordusunun nəzarətindədir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
İsraildən Suriyaya hava zərbələri
Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
ABŞ bazasına hücum cəhdi
Kamikadze PUA-lar hədəfə çata bilməyib
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
“Müqavimət oxu” strategiyasında çatlar
Hərəsinin öz gündəmi olan terrorçu təşkilatlardan asılılığı İranı getdikcə riskli hala sürükləyir
-
Toqquşmadan son anda yayınıb
Suriyada ABŞ və Rusiya təyyarələri bir-birinə təhlükəli şəkildə yaxınlaşıb
-
İranın Suriyanın şərqində pəncələri
Bölgə hökumətin gizli şərikliyi ilə fars rejimi ambisiyasının təsiri altına düşüb
-
8 ABŞ əsgəri yaralanıb
Suriyada koalisiya qüvvələrinin bazasına olan PUA hücumunun nəticəsi açıqlanıb
-
İran-ABŞ qüvvələri arasında toqquşma
Yaraqlıların raketlərinə hava hücumu ilə cavab verilib
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
Son aylar ərzində Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə hərbi əməliyyatlara başlayan Suriya ordusu özünü İslam Dövləti(İD) adlandıran qruplaşmanın Hələb şəhərinə nəzarəti əldən verməsinə demək olar ki, nail olub. Müşahidəçilərin məlumatına görə Şeyx-Səid rayonunu ələ keçirən Bəşir Əsəd qüvvələri şəhərin 90 faizinə nəzarət edirlər.
«Ordu Şeyx-Səid rayonuna nəzarəti tam ələ keçirib. Hazırda Suriya hökuməti Hələbin 90 faizinə nəzarət edir», - deyə Suriyanın Londonda yerləşən İnsan Haqları Monitorinq Mərkəzinin nümayəndəsi Rami Rəhman «Frans-presse» agentliyinə açıqlamasında bildirib.
Bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi son günlər ərzində həmin şəhərdən çoxlu sayda dinc sakinin çıxarılması barədə məlumat yaymışdı.
«Gün ərzində Rusiyanın Münaqişə edən tərəflərin Barışıq Mərkəzinin dəstəyilə Hələbin hələ də qiyamçıların nəzarətində olan ərazilərindən 5831-i uşaq olan 13346 dinc sakin çıxarılıb. Silahlarını təhvil verən 728 döyüşçü şəhərin qərb istiqamətində hərəkət ediblər», - deyə Suriyada Münaqişə aparan tərəflərin Rusiya Barışıq Mərkəzi «İnterfaks» agentliyinə açıqlamasında bildirib.
Suriya fəalları artıq son günlər ərzində 10 mindən çox qaçqının hökumətin nəzarətində olan ərazilərdə məskunlaşdıgını deyirlər.
Müşahidəçilərin sözlərinə görə aviasiya qüvvələri qiyamçılarınm nəzarətində olan və hələ də dinc sakinlərin olduğu rayonlara zərbələr endirməkdə davam edir.
Suriya ordusunun Hələbin şərq istiqamətində irəliləməsi uzun müddətdən sonra İD döyüşçülərinə vurulan ən ciddi zərbə kimi dəyərləndirilr. Şəhərin şərq hissəsi 4 il ərzində Bəşər əleyhdarlarının nəzarətində olub.
Suriyanın Londondakı İnsan Haqlarının Müdafiəsi Monitorinq Mərkəzinin məlumatına görə noyabrın 15-dən bu yana hökumət ordusunun Hələbin şərq istiqamətində apardığı əməliyyatlar nəticəsində azı 247 dinc sakin həlak olub. Rusiya hərbçiləri isə Hələbin şərq istiqamətində aparılan əməliyyatlar nəticəsində Qərb ölkələrinin çoxlu sayda dinc sakinin həlak olması barədə yayılan məlumatları təkzib edirlər.
Hələbdə edilən uğurların fonunda Suriya ordusu Palmira şəhərinə olan nəzarəti əldən verib. Bazar ertəsi Suriya rəhbərliyi Palmira şəhərinin özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmanın nəzarətinə keçdiyini etiraf edib.
Ekspertlərin fikrincə, Suriya ordusu Palmiranı İŞİD döyüşçülərindən azad etmək üçün Hələbdəki qüvvələrin bir hissəsini ora göndərməlidir.