“Müqavimət oxu” strategiyasında çatlar
Hərəsinin öz gündəmi olan terrorçu təşkilatlardan asılılığı İranı getdikcə riskli hala sürükləyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
Müttəfiq hərbi birləşmələrin birtərəfli hərəkətləri və zəif hava hücumundan müdafiə sistemləri İranı öz ərazisində hücuma məruz qalmaq istəmədiyi təqdirdə ehtiyatlı seçim etməyə məcbur edir. İranın regional təsirinin əsas elementlərindən biri olan “Müqavimət oxu” strategiyası Yaxın Şərqdə daha genişmiqyaslı müharibə ehtimalı gücləndikcə çatlama əlamətləri göstərir.
“Wall Street Journal” (WSJ) qəzetində dərc olunan hesabata görə, bu strategiya Livan, İraq, Suriya, Yəmən və Fələstin ərazilərindəki terror şəbəkəsinə əsaslanır və bunların hamısı ideoloji cəhətdən Tehranın anti-Qərb gündəliyi ilə uzlaşır. İran terrorçu qrupları maliyyələşdirmək, silahlandırmaq və təsir göstərməklə öz ərazisinə hücumlara səbəb ola biləcək birbaşa münaqişədən qaçaraq güc əldə etməyə çalışır.
Lakin “HƏMAS” terror təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı hücumda öldürülməsi və bununla da İsrailin bu il İrana ikinci birbaşa hücumu gərginliyi daha da artırıb. Tehran indi öz ərazisinə birbaşa hücumu təhrik etmədən gələcək hücumların qarşısını almaq üçün kifayət qədər güclü cavab vermək dilemması ilə üz-üzədir. Bu dilemma müttəfiq silahlı dəstlərinin fərqli maraqları ilə daha da mürəkkəbləşir, onların cavab tədbirləri regionda sabitliyi daha da poza bilər.
WSJ yazıb ki, İranın hərbi strategiyası asimmetrik müharibə konsepsiyasına əsaslanır və qabaqcıl hava hücumundan müdafiə sistemləri deyil. Əksəriyyəti İslam İnqilabından əvvəl 1970-ci illərdən qalma hava hücumundan müdafiə sistemlərinin qeyri-kafiliyinin kompensasiyası üçün raketlər və İHA-lardan istifadə edir.
İranın terrorçu yaraqlılardan asılılığının getdikcə riskli hala gəldiyi vurğulanan xəbərdə Livandakı “Hizbullah”, İraqdakı “Həşdi Şabi” və Yəməndəki Husilər kimi terror təşkilatlarının öz gündəmləri olduğuna diqqət çəkilib. “Hizbullah” terror təşkilatı İranın strateji hədəflərini bölüşsə də, Tehrana Livanı məhv edə biləcək münaqişəyə girməmək barədə xəbərdarlıq edib. İranla yaxın münasibətdə olan Suriya prezidenti Bəşər Əsəd də Suriyanın ağır iqtisadi vəziyyəti və daxili təhlükəsizlik qeyri-sabitliyi səbəbindən müharibəyə çəkilməkdən çəkindiyini bəyan edib.
Digər tərəfdən, husilər və İraq yaraqlıları daha aqressiv hərəkətlər üçün təzyiq göstərərkən, husilər İsrail və ABŞ hədəflərinə hücum edərək Qırmızı dənizdə ticarət gəmilərinin naviqasiya təhlükəsizliyini təhdid etdilər. Husilər təkcə Haniyənin ölümünün qisasını almaq istəyi ilə deyil, həm də İsrailin Hudeyda limanına hava hücumuna cavab olaraq böyük qisas almağa hazır görünür. Eynilə, ABŞ qüvvələrini regiondan çıxarmağı öz vəzifəsi hesab edən İraq silahlı qüvvələrinin fəaliyyətini gücləndirməsi Tehranın yaraqlılar üzərində nəzarəti itirməkdən narahatlığını artırıb.
Haniyənin Tehranda öldürülməsi İranı çətin vəziyyətə salsa da, onun həm daha yaxşı təchiz edilmiş İsrail qüvvələri tərəfindən cavab tədbirləri görməmək, həm də müttəfiqlərinin hörmətini və “Müqavimət Oxu”nun strategiyasının etibarlılığını qorumaq üçün müvafiq əks həmlə etməsi böyük əhəmiyyət kəsb edir.