vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
20:41 | 21 dekabr 2016 | Çərşənbə Məqaləyə 1470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar avronu da keçəcək

Trampın yeni vergi siyasəti ABŞ valyutasını daha da bahalaşdıracaq

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər. Bu barədə Almaniyanın «Deutsche Bank»ının hesabatında məlumat verilib.

Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rüsumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu plan həyata keçirilərsə, dolların məzənnəsi ciddi şəkildə möhkəmlənəcək.

Analitiklər hesab edirlər ki, bu addımlar idxal qiymətlərinin 20 faiz artmasına, o da öz növbəsində ABŞ-da inflyasiyanın 5 faiz bəndi yüksəlməsinə gətirib çıxaracaq. Vergitutma siyasətində dəyişiklik ABŞ-ın xarici ticarət balansında kəsirin ən azı 2 faiz bəndi azalmasına səbəb olacaq. Ticarət balansının yaxşılaşması və rəqabət qabiliyyətinin artması dolların məzənnəsinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Yeni vergilər nəticəsində baş verəcək qiymət dəyişiklikləri ancaq dolların 15 faiz möhkəmlənməsi ilə kompensasiya oluna biləcək.

Təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasəti və beynəlxalq ticarət münasibətlərinin dəyişməsi dolların məzənnəsini daha da gücləndirəcək. Təbii ki, vergitutmanın hansı malları və sahələri əhatə edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, əgər ABŞ-ın vergi siyasətində dəyişiklik baş tutarsa, dolların əsas rəqibi sayılan avronun məzənnəsi 0,85 USD/EUR-a geriləyə bilər.("Report")