vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
13:11 | 19 fevral 2017 | Bazar Məqaləyə 884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QRU-nun Balkan əməliyyatı

Baş naziri öldürmək, ölkənin NATO üzvlüyünü əngəlləmək

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya hökumətindəki mənbələr əminliklə bildiriblər ki, Montenegronun baş naziri Milo Cukanoviçə ötən ilin payızında keçirilən parlament seçkiləri zamanı üstü açılmış sui-qəsd cəhdi Rusiya xüsusi xidmət orqanları hazırlamışdı. Virtualaz.org xəbər verir ki, bu barədə «The Telegraph» qəzeti yazır.

Qəzetin yazdığna görə qəsdin məqsədi Montenegronun NATO-ya üzvlüyünün qarşısını almaq olub. Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları bir neçə ay ərzində Cukanoviçi izləyib və bir qrup serb millətçisinin əliylə onu öldürməyi planlaşdırıb. Məlumata görə ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın bu planda əli olduğuna dair dəlillər toplayıblar. «Məqsəd hökumətin fəaliyyətini əngəlləmək və ya onu ələ keçirmək olub.Təsəvvür etmək mümkün deyil ki, bu cəhd Rusiya rəhbərliyinin dəstəyi olmadan baş tutub»-hökumətdəki mənbə bildirib.

Montenegronun müdafiə naziri Predraq Boşkoviç də bu qəsdin arxasında Rusiya kəşfiyyatının dayandığına heç bir şübhə qalmadığını deyib. Lakin əlavə detallar haqda danışmayıb.

Montenegroda dövlət çevrilişi cəhdini ABŞ dövlət katibi Reks Tilleron və Böyük Britaniya XİN rəhbəri Boris Conson da öz aralarında müzakirə edib. Xəbər verildiyi kimi Montenegro hüquq-mühafizə orqanları baş nazirə sui-qəsd hazırlığına görə Rusiya vətəndaşı Eduard Şirokovu və Vladimir Popovu axtarışa verib.

Rusiyanın bu kiçik Balkan ölkəsində çevriliş hazırladığı haqda ötən ilin oktyabrında məlum olmuşdu. Montenegro bir qrup Rusiya vətəndaşını «terror hazırlığına» görə ölkədən xaric edib. Ardınca Rusiya təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili bu ölkəyə səfər edib və üstü açılan qəsd planına görə qalmaqlı sakitləşdirməyə çalışıb.