«FETÖ mənsubu» diplomat Bakıdan qaçıb
General Mehmet Dişlinin səfirlikdə işləyən ikinci katib oğlu Türkiyəyə qayıtmayıb...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin Bakıdakı səfirlikdə işləyən oğlu naməlum istiqamətə qaçıb.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə Ankara prokurorluğu tərəfindən hazırlanan FETÖ iddianaməsində yer alır. Həmin iddianamə hərbi çevriliş cəhdinə rəhbərlik edən 38 nəfər «FETÖ mənsubu» barədədir.
İddianamədə deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə «FETÖ mənsubu» kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.
General Mehmet Dişli istintaqa verdiyi ifadəsində Bakıda işləyən oğlu və üzərindən çıxan 1 dollarlıq banknot barədə bunları demişdi: «Həmin 1 dollar oğlum Dişlinin diplomat kimi ilk təyinat yeri olan Azərbaycanda aldığı maaşdan qalan dollarlardan biridir».
Məlum olduğu kimi Türkiyə hüquq-mühafizə orqanları hərb çevriliş cəhdini həyata keçirən fətullahçı zabitlərin şifrəli 1 dollarlıq banknotlar gəzdirdiyini bildirir.