vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
21:08 | 13 aprel 2017 | Cümə axşamı Məqaləyə 1960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq Ərdoğanı dəstəkləməsə...

AKP yenidən referendum keçirəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaşlar 16 apreldə prezidentin səlahiyyətlərinin genişləndirilməsinə qarşı səs versələr, Türkiyə hakimiyyəti təkrar referendum keçirə bilər.

Virtualaz.org «Bloomberg»ə istinadən bildirir ki, bunu prezidentin müşaviri Mehmet Uçum deyib.

«Mən düşünmürəm ki, təklif edilmiş modeldə çatışmazlıqlar var. Amma əgər hər hansı çatışmazlıqlar aşkar ediləcəksə, mümkündür ki, biz onlara baxaq və səsverməni yenidən təşkil edək», - deyə dövlət başçısının müşaviri bildirib.

Ancaq səsvermənin müvəffəqiyyətsizliyi halında «heç kim deməyəcək ki, dövlət quruluşunun sistemi yaxşıdır və ondan imtina etmək lazımdır», - deyə Uçum əlavə edib.

Xatırladaq ki, səsverməyə çıxarılmış Konstitusiyaya düzəlişlər baş nazirin vəzifəsinin ləğv edilməsini və prezidentə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur. O, hökumət başçısı olacaq, fərmanlar verəcək, fövqəladə vəziyyət elan edəcək, nazirləri təyin etmək və parlamenti buraxmaq hüququ alacaq. Düzəlişlər, həmçinin 2019-cu ildə prezident və parlament seçkilərinin keçirməsini nəzərdə tutur.