vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TEXNİKA  
07:53 | 31 iyul 2024 | Çərşənbə Məqaləyə 407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1,4 milyard dollarlıq cəza

“Meta” Texasda biometrik məlumatlarla bağlı fantastik məbləğdə cərimə ödəyəcək

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

2022-ci ilin fevral ayında milyonlarla Tezaslının biometrik məlumatlarının qeyri-qanuni toplandığı əsası ilə texnologiya nəhəngi Meta-ya qarşı iddia qaldırılıb. “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” bu işdə 1,4 milyard dollar ödəməyə razılaşıb.

Bildirilib ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” üz tanıma texnologiyasından istifadə edərək icazəsiz biometrik məlumat toplayırmış.

Texas Baş prokuroru Ken Paxton tərəfindən edilən açıqlamada iddia şəxsi biometrik məlumatlarının icazəsiz toplanmasını və istifadəsini dayandırmaq üçün qaldırılıb.

Açıqlamada qeyd edilib ki, bu, Texasın “Biometrik İdentifikatorların Toplanması və ya İstifadəsi Qanunu” çərçivəsində açılan ilk iddia və əldə edilən ilk razılaşmadır. Bu ştat sakinlərinin məxfilik hüquqlarını pozan təcrübələrlə məşğul olan bütün şirkətlərə xəbərdarlıq rolunu oynayır.

Açıqlamada “Meta”nın 2011-ci ildə “Tag Suggestions” adlı xüsusiyyəti təqdim etdiyi xatırladılıb və bu xüsusiyyətin necə işlədiyini izah etmədən bütün texaslılar üçün avtomatik olaraq aktiv edildiyi ifadə edilib.

Açıqlamada “Meta”nın 10 ildən artıqdır “Facebook”a yüklədiyi fotolarda demək olar ki, hər sifətə üz tanıma proqramı tətbiq etdiyi və insanların üz həndəsəsinin qeydə alındığı bildirilib.

Texas Baş prokuroru Paxton 2022-ci ilin fevralında “Meta”ya qarşı, milyonlarla sakinin biometrik məlumatlarını onların razılığı olmadan qeyri-qanuni şəkildə topladığı səbəbi ilə məhkəməyə müraciət etmişdi.