vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SAĞLAMLIQ  
11:33 | 23 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pəhrizsiz arıqlamaq

Alimlər piyləri əridən yeni zülal kəşf ediblər

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Yapon tədqiqatçılarının məşq zamanı artan və yağ yandırmasını sürətləndirən protein variantları müəyyən etdiyi bildirilir.

Alimlər yağ yandırmasını sürətləndirən zülalları müəyyən ediblər. Tədqiqatçıların fikrincə, idman edən insanların skelet əzələlərində əmələ gələn “PGC-1a” zülalı insanlara daha çox yağ yandırmağa kömək edir.

“Japan Today” saytının xəbərində, Kobe Universitetinin tədqiqatçılarının pəhriz saxlamadan arıqlamağa imkan verəcək yeni bir dərman hazırlamağın bir yolunu tapmış ola biləcəyi ifadə edildi. Alimlər idman edən insanların skelet əzələlərində “PGC-1a” zülalının müxtəlif variantlarının əmələ gəldiyinə diqqət çəkərək, müxtəlif variantlarda artımın insanların enerji xərclərini artırdığını və bunun da daha çox yağ yandırmasına kömək etdiyini bildiriblər.

İnsanlarda skelet əzələlərini öyrənən tədqiqatçılar, alternativ “PGC-1a” variantlarının da məşq zamanı artdığını aşkar etdilər. Qeyd olunub ki, bu variantların istehsalı insandan insana dəyişir və insanlar eyni məşq edərkən belə arıqlamada fərqli nəticələr alınır.

Piylənmənin müalicəsində ümumiyyətlə iştahanı boğan dərmanlar təyin edilir. Bildirilib ki, son tapıntılarla idman etmədən yağ yandırmağa kömək edəcək yeni dərmanların istehsalı mümkün ola bilər.

Kobe Universitetindən Uataru Oqava, tədqiqat nəticələrinin piylənmə ilə əlaqəli xəstəliklərin müalicəsində əhəmiyyətli bir inkişaf ola biləcəyini söylədi.

Araşdırma Avropanın “Molecular Metabolism” elmi jurnalında dərc olunub.