vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
20:09 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1280 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

KPMG məsuliyyətə cəlb olunmalıdır!

Müflis bankları yoxlamış audit şirkətini kimlər himayə edir?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı demişdi ki, «Bank Standard»ın aktivlərinin qiymətləndirilməsini guya keçirilmiş tenderin qalibi olan KPMG audit şirkəti aparıb və bu qiymətləndirmə nəticəsində bəlli olub ki, bankın olan-qalan əmlakı Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) başqa heç bir kreditorun tələbinin ödənilməsi üçün yetmir. Lakin indiyə kimi ictimaiyyətdən gizlədirlər ki, «Bank Standard»ın yoxlamasını da son illər məhz KPMG (1987-ci ildə iki «Peat Marwick International» və «Klynveld Main Goerdeler» audit şirkətləri birləşərək «Klynveld Peat Marwick Goerdeler» (KPMG) adlı audit şirkətini yaratdı) edib.

Axı necə ola bilər ki, uzun illər bankı yoxlamış kənar auditor onun ləğv edilməsi prosesinə də buraxılıb? KPMG bankın müflis olmasında şübhəli şəxslərdən biridir! Ona necə etibar etmək olar? Burada açıq-aşkar maraqlar konflikti var! Amma kiməsə sərf edib ki, bankın olan-qalan əmlakını da məhz özünü tam diskreditasiya etmiş KPMG qiymətləndirsin (hələ bir KPMG-yə böyük məbləğdə ödəniş də ediblər buna görə)! İndi də həmin qiymətləndirməni kreditorların gözünə soxurlar ki, pulunuz batıb, dağılışın, nə bilim, köpük şişirməyin, spekulyasiya etməyin və s.! İnanmırıq KPMG-nin qiymətləndirməsinə!

ƏSF rəhbəri Azad Cavadovun etirafına görə müflis banklar sırasında ən acınacaqlı vəziyyət «Bank Standard»da və «Texnikabank»dadır. Amma demir ki, «Texnikabank»ın son illər ərzində kənar auditoru kim olub. Hələ başa düşmədiniz? Bəli, onun da auditoru KPMG olub! Yəni ölkədə müflis olmuş 2 ən iri bankın kənar auditoru KPMG olub və məhz bu iki bankın vəziyyəti ən acınacaqlıdır. Üstəlik bağlanmış ən fırıldaqçı banklardan biri olan «Parabank»ın (ləğvetmə prosesində qeybə çəkilərək tam qanunsuz olaraq bank olmayan kredit təşkilatı kimi zühur edən) da kənar auditoru KPMG olub.

Bütün bu faktların qarşısında nə üzlə bizə deyirlər ki, KPMG-nin qymətəndirməsinə etibar edək? Nə olsun ki, dünyanın aparıcı auditor «dördlüyünə» daxildir? Vaxtilə həmin «dördlük» «beşlik» idi və ora «Arthur Andersen» kimi dələduz audit şirkəti də daxil idi ki, yoxladığı iri şirkətlər sonradan müflis olurdu! KPMG də bu yolu gedir, ən azı Azərbaycanda! Təklif edirəm ki, bu şirkətin Niderlanddakı baş ofisinə də Bakıdakı qurumunun nə oyunlardan çıxması barədə məlumat verək, bəlkə hələ qlobal rüsvayçılıqdan canını qurtardı.

Bizi isə hazırda başqa sual maraqlandırmalıdır: görəsən niyə Palata və ƏSF özünü tam biabır etmiş KPMG-dən belə bərk yapışıb? Maraq nədir?

Hər bir halda müflis bankların kreditorları KPMG-nin də mənfi rolunu araşdırmalı və ciddi əsas olduqda vurulan zərərin əvəzini ondan da tələb etməlidirlər. Mərkəzi Bankdan və Palatadan tələb etməli olduqları kimi! Bütün günahkarlar məsuliyyətə cəlb olunmaldır!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)