vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0116 AZN
Rusiya rublu 1 RUB = 0.0290 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2843 AZN
Türk lirəsi 1 TRY = 0.4459 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAHİBKARLIQ  
10:29 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sahibkarlığın bir nömrəli düşməni

Komitə bilə-bilə belə vəziyyət yaradır ki, iş adamları ondan asılı vəziyyətə düşsün

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən burada sorğu keçirərək sual etmişdim: «Sizcə, Azərbaycanda sahibkarlığa ən çox zərər vuran hansı dövlət orqanıdır?» Sorğuda iştirak edənlərə minnətdarlığımı bildirirəm. Çox maraqlı cavablar oldu. Əlbəttə, ölkəmizdə sahibkarlığı boğan qurumlar çoxdur. Amma heç kəs Əmlak Məsələləri Dövlət Komitəsinin adını çəkmədi. Halbuki, ölkədə bazar iqtisadiyyatını, səmərəli institutların inkişafını və sahibkarlığı kökündə boğan əsas qurum məhz odur! Hüquq-mühafizə orqanları, məhkəmələr və digərlərin fəaliyyəti ikinci dərəcəlidir. Niyə?

Ona görə ki, bazar iqtisadiyyatının əsas institutu mülkiyyət hüququdur. İlk növbədə daşınmaz əmlaka, torpağa! Məhz bu hüququn rəsmiləşdirilməsində xeyli problem var. Buna görə də ölkənin əsas iqtisadi problem «kupça» məsələsidir. O, mülki dövriyyəyə ciddi əngəl törədir.

Əksər hallarda torpağa mülkiyyət hüququ lazımi şəkildə rəsmiləşdirilmir. Rəsmiləşdiriləndə də ən yaxşı halda sərhədlər dəqiq müəyyən olunmur. İllərlə hesab edirsən ki, sahə sənindir, amma sonra gəlib deyirlər ki, sənin deyil.

Ölkədə fəaliyyət göstərən əksər biznes obyektlərinin sənədləri bərbad vəziyyətdədir. Niyə? Ona görə ki, sözügedən Komitə bilə-bilə belə vəziyyət yaradır ki, sahibkarlar ondan asılı vəziyyətə düşsün. Sahibkar məhkəməyə müraciət edəndə isə hakimlər də başlayır vəziyyətdən sui-istifadə etməyə: ay nə bilim, sənədin qaydasında deyil və s. və i. a.

Bu Komitənin digər əsas vəzifəsi özəlləşdirmənin təşkilidir. Niyə özəlləşmə belə ləng gedir? Ona görə ki, bu Komitəyə etibar edən azdır. Bu gün sahibkar obyekti özəlləşdirir, sabah isə Komitə müxtəlif bəhanələrlə onu geri alır.

Bir sözlə, bu Komitə ilə bağlı problem çoxdur. Onun Əsasnaməsinin ilk bəndində əsas səlahiyyətləri belə təsbit olunub: «Dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yer quruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsi». Görürsünüz, necə genişdir! Amma heç baxın ki, bu Komitənin bir salamat və səmərəli qolu varmı?

Qeyd edilənləri nəzərə alaraq, ölkədə qeyri-neft sektorunun inkişafına əsas əngəl olan bu Komitənin yarıtmaz fəaliyyətini daha dərindən araşdırmaq qərarına gəlmişəm. Bu barədə hər hansı məlumatı, təklifi və s. olan varsa, buyursun! Gəlin birlikdə bu ziyanverici mikrobun ilk baxışdan çoxlarına görünməyən fəaliyyətini araşdıraq!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)