vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
16:11 | 17 sentyabr 2017 | Bazar Məqaləyə 1643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abutalıbova növbəti zərbə

Yeraltı dayanacaqların BŞİH-dən alınaraq idarəetməyə verilməsinə hazırlıq görülür

MÖVZU İLƏ ƏLAQƏLİ

2013-2014-cü illərdə istifadəyə verilən, ümumi tutumu 4500 avtomobil olan ikimərtəbəli yeraltı dayanacaqlar investorlara veriləcək. Azadlıq Meydanı və Qış Parkının altında tikilmiş bu pullu dayanacaqların hansı şərtlərlə investorlara idarəetməyə təklif olunacağı isə, hələlik, bəlli deyil.

Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin balansında olan bu iki yeraltı avtomobil dayanacağının idarəetməyə verilməsi məqsədilə hazırlığa başlayıb. Onların texniki göstəriciləri tərtib edilərək, «Özəlləşdirmə» portalı vasitəsilə ictimaiyyətə təqdim olunub. Qurumun sözçüsü Qulu Xəlilov məlumatı AzadlıqRadiosuna təsdiqləsə də, obyektlərin idarəetməyə verilməsindən ötrü müsabiqənin nə zaman təşkil ediləcəyi barədə məlumatsız olduğunu bildirib.

Hər iki avtomobil dayanacağının tikintisinə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sifarişiylə 2011-ci ildə başlanmışdı. Podratçı kimi isə aztanınan «Alpina-A» şirkəti seçilmişdi. Azadlıq Meydanının altında – Hökumət Evinin qarşısındakı ərazidə dayanacağın tikintisinə görə Şirvan şəhərində yerləşən bu şirkətə dövlət büdcəsindən 91 milyon 551,4 min manat ödənilmişdi. Heydər Əliyev sarayının arxasında, Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı ərazidə tikilən ikinci avtomobil qarajı isə üstündəki yeni parkla birlikdə 198 milyon 944,3 min manata başa gəlmişdi.

Qeyd edək ki, 2010-2011-ci illərdə BŞİH Binəqədi rayonunda məscidin tikintisini (80 milyon manat), işıq dirəklərinin (44,5 milyon manat) və fəvvarələrin (88,7 milyon manat) alınıb quraşdırılmasını, eləcə də park və bağlarda abadlıq işlərini də bu şirkətə həvalə etmişdi.

Bakıdakı dövlətə məxsus yeraltı avtomobil dayanacaqlarının idarəetməyə verilməklə özəlləşdirilməsi haqda qərarı Nazirlər Kabineti 2016-cı ilin oktyabrında qəbul edib.

Hazırda bu dayanacaqlarda minik avtomobillərinin park etməsi üçün qiymətlər 1 manatdan başlayır və 24 saata görə 6 manata çatır. Güzəştlərə gəlincə, dayanacaqlardan ilk 15 dəqiqəlik istifadə pulsuzdur və dövlət qulluqçularına müəyyən endirimlər edilir. Bu preyskurantı Tarif (qiymət) Şurası deyil, Bakı şəhər İcra Hakimiyyəti özü müəyyən edib. Yeraltı dayanacaqlara sahiblik edən BŞİH buradan əldə olunan gəlir, onun xərclənməsi haqda hesabat vermir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair rəylərində də bu barədə bilgi yoxdur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *