
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
Meriyada keçirilən müşavirədə ...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
İlham Əliyevin inqilabi fərmanı
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
Bakı Meriyasından açıqlama
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
Millət vəkili merə müraciət etdi
Bakıda yeyib-içmək öz yerində, amma tualet məsələsi çətindir
Prezidentin sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısız qalıb. Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunana qədər mer vəzifəsinin səlahiyyətlərini müavin Fidumə Hüseynova icra edir.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci ildə vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır.
Merin kimliyi isə hamının marağını özünə cəlb edib. Əksəriyyət bu postda görmək istədiyi şəxslərin adını sadalamaqla fərqli müzakirələr açır.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-a açıqlamasında hələlik qurumun da gözləmə mövqeyində olduğunu vurğulayıb:
“Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur. Hər halda, yeni merimizin kimliyini hamımız birlikdə biləcəyik”.