vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:24 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Futbolçu qiyamı gözlənilir

Klublar idmançıların maaşlarını ödəyə bilmir, bir neçə ayın borcu yığılıb qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan futbol təsərrüfatında maliyyə böhranı yaşanması ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlarda bildirilir ki, maliyyə böhranı Topaz premyer-liqasında çıxış edən bir neçə klubu əhatə edir.

Publika.az bu yöndə araşdırma apararkən maraqlı məlumatlar əldə edib. Maraqlı məqam ondan ibarətdir ki, maliyyə böhranı yaşayan klublar arasında «Neftçi»nin də adı çəkilir. 

Azərbaycanda futbol meneceri kimi çalışan, adının açıqlanmasını istəməyən şəxsin sayta verdiyi məlumata görə, «Neftçi» iki aydır futbolçuların pulunu vermir. «Neftçi»də maliyyə böhranı təxminən 5 aydır ki, yaşanır. Buna qədər futbolçuların 3 aylıq məvacibi verilməyib. 

İki ay bundan əvvəl borclar ödənilərkən klub rəhbərliyi futbolçulara söz verib ki, bir daha belə hal yaşanmayacaq. Ancaq futbolçular son iki ayın da məvacibini ala bilməyiblər. 

Çempionatın daha bir iddialı klubu «Bakı» da 2 aydır ki, futbolçuları pul üzünə həsrət qoyub. Belə ki, Hafiz Məmmədovun başı Fransadakı «Lans»ına o qədər qarışıb ki, Azərbaycan premyer-liqasındakı «Bakı»nı unudub.

Bundan əlavə, eyni mənbədən maliyyələşən iki klub - «İnter» və «Simurq» da 3 aydır ki, futbolçularına maaş vermir. 

Məlumatda bildirilir ki, pulsuzluqdan bezən «Simurq»un futbolçuları ötən həftə keçirilən «İnter»lə oyunu boykot etmək fikrində olublar. Ancaq rəhbərlik onlara söz verib ki, «qardaş»la oyundan sonra maaşlar ödəniləcək. Amma hələ də vəd yerinə yetirilməyib.

Məlumatda AZAL klubunda da maliyyə baxımından sıxıntılar olduğu vurğulanır. Komanda üzvləri 3 aydır maaş üzünə həsrətdir. Vaqif Sadıqovdan sonra komandanı çalışdıran Tərlan Əhmədov da futbolçuların bu durumuna əlac tapa bilmir.

Çempionatın autsayderi «Rəvan»da da durum ciddidir. Futbolçular 4 aydır ki, məvacib almırlar. Klub rəhbərliyi Güvenc Kurtara, o isə futbolçulara vəd verir.  

Birdən-birə bir neçə klubda yaşanan maliyyə böhranının nədən qaynaqlandığı barədə məlumat əldə edə bilmədik. Bu yöndə araşdırmalarımızı davam etdiririk.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *