vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
13:01 | 3 iyun 2019 | Bazar ertəsi Məqaləyə 2416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyard dollarlıq müqavilə ləğv olunur

Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan Hava Yolları” (AZAL) QSC oktyabr ayından Bakı-Nyu-York istiqamətində birbaşa uçuşları dayandırır. Bu barədə AZAL-dan məlumat verilib.

“Biz oktyabr ayından Bakıdan Nyu-Yorka uçuşları dayandırmağı qərara almışıq”, - deyə məlumatda bildirilir.

AZAL 10 ədəd “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina etməsi nəzərə alınmaqla sərəncamında olan hava donanmasının hesabına daha prioritet istiqamətlər üzərində dayanmağı planlaşdırır.

Hazırda AZAL-ın donanması 25-26 ədəd təyyarədən ibarətdir.

Azərbaycan Hava Yolları 24 sentyabr 2014-cü il tarixindən Bakı-Nyu-York marşrutu ilə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb. Uçuşlar “Airbus-A 340” laynerlərində yerinə yetirilib.

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. “Azərbaycan Hava Yolları” sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən $1 mlrd. təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.

Müqavilə sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı səbəblərdən ləğv olunub.

Qeyd edək ki, son zamanlar “Boeing 737 MAX” təyyarələrinin qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.

 Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.