Xamneyi «Təhsil 2030»a qarşıdır
İran UNESCO-nun ədalətli təhsilə dair sənədinə riayət etməyəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
754 milyon oxuma-yazma bilmir
-
Zərif istefa ərizəsini geri götürüb
İranın vitse-prezidenti dini liderin çıxışından sonra qərarından vaz keçib
-
“ABŞ-a güvənməyin”
İran dini lideri ölkə prezidenti və komandasına tapşırıq verib
-
Zərif Xamneyiyə söz verdi
“Danışıqları ölkə qanunlarına uyğun aparacağıq”
-
Mollaları silkələyən şüarlar...
“Biz hamımız Mohsen Şəkəriyik!”
-
140 ölkə üzrə 678 element ...
UNESCO-da kimin daha çox irs nümunəsi var?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Türkiyənin qorunan irsi 25-ə çatdı
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
-
UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
-
Mollaların başı...
Zamanın axarı da öz işini görməkdədir
-
İranın dövlət quruluşu ...
... Yaxud bu ölkənin konstitusiyadakı “Fəqihin Mütləq Hakimiyyəti” nə deməkdir?
-
Xameneyidən amansızlığa tərif yağışı
Dini lider xüsusi qəddarlığı ilə seçilən Bəsic qüvvələrini göylərə qaldırdı
-
Əski Vilayətinin yeni çağırışı
Xain iddialarla dolu və yanlış tərcümə edilən məqalə
-
Hamısı bir yerdə ...
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
İran rəsmiləri İslam Respublikasının UNESCO-nun «hərkəs üçün əhatəli və ədalətli təhsilin təmin edilməsi istiqamətində hazırladığı bəyannaməyə tabe olmayacağını açıqlayırlar.
İranın ali ruhani lideri Əli Xameneyinin İranda sənədin icrasının yolverilməz olduğuna dair ifadələrindən sonra, prezident Ruhaninin müavini Məcid Ənsari də may ayının 17-də İranın bu sənədə tabe olmağa dair hüquqi öhdəliyi olmadığını bildirib.
BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı olan UNESCO-nun «Təhsil 2030» gündəliyi hər kəs üçün əhatəli və ədalətli təhsil, habelə ömürlük öyrənmə fürsətini təmin etmək istiqamətində hazırlanmış bəyannamə və 15 illik yol xəritəsidir.
Həsən Ruhani hökümətinin keçən ilin avqust ayında qəbul etdiyi qərara görə İranın təhsil nazirliyindən həmin bəyannamənin formalaşdırılması istənilmişdi.
«Təhsil 2030» sənədində təhsil və inkişafın insan haqları, ləyaqət, ictimai ədalət, əhatəli olmaq, gender bərabərliyi, sülh, eləcə də mədəniyyət, etnik və dil müxtəlifliyi təməlində olmasının önəmi vurğulanıb.
Bəyannamədə həmçinin deyilir ki, şəxslərin birinci dilində, ya evdə danışılan dildə tədris və təhsil təşviq olunmalıdır.