İranın dövlət quruluşu ...
... Yaxud bu ölkənin konstitusiyadakı “Fəqihin Mütləq Hakimiyyəti” nə deməkdir?
Bəhmən OTAYLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
İran İslam Respublikasının dövlət quruluşu və idarəetmə sistemi nə parlament, nə də prezident üsul idarəsidir. Bu “Vilayəte Fəqihə” əsaslanan bir idarəetmə üsuldur. Bu idarəetmə üsulunda ən yüksək vəzifə Rəhbərə (Vəliye Fəqih) məxsusdur. İran konstitusiyasının 113 maddəsinə əsasən, Prezident ölkənin 2-ci yüksək vəzifəli şəxsi hesab edilir. Bu o deməkdir ki, adıçəkilən sistemin respublika və demokratiya ilə heç bir əlaqəsi yoxdur. (İslamla nə qədər əlaqəsi var ya yox, o da başqa bir mövzudur).
Demokratiyadan fərqli olaraq bu idarəetmə təkcə üç müstəqil qurum olan, qanunverici, icraedici və məhkəmə sistemindən ibarət deyil. Bu orqanlardan başqa, əlavə olaraq daha önəmli və nüfuzlu, hətta bu orqanların işinə əngəl törədən və bu üç orqana hakim olan ayrı qurumlar da var. Bunlar aşağıdakılardır:
1. Məclisi Xəbreqan (ölkə konstitusiyasının 107-ci maddəsinə əsasən Rəhbəri, yəni ölkədə söz sahibi olan Vəliye Fəqihi seçən qurum. Bu qurum ancaq ruhanilərdən (mollalardan) ibarətdir.
2. Nəzarət Şurası
3. Nizamın Məsləhət Şurası (Konstitusiyanın 112-ci maddəsinə əsasən üzvləri Rəhbər təyin edir)
4. Milli Ali Təhlükəsizlik Şurası
5. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH).
177 maddədən ibarət konstitusiya 1979-cu ildə hazırlanıb. Bu ali qanuna əhali arasında ciddi bir müzakirə və maarifləndirmə aparılmadan, 1979-cu ilin 30-31 mart tarixlərində referendum keçirilərək, səs çoxluğu ilə qəbul edilib. Beləliklə də, İranın dövlət quruluşu rəsmi olaraq şahlıq üsul-idarəsindən “Vilayəte Fəqih”ə əsaslanan şəriət dövlətinə dəyişdirilib.
Sağ göstərib sol vurmaq
İranın birinci Rəhbəri (Vəliye Fəqih) İnqilabın lideri Ruhulla Xomeyninin Fransada mühacirətdə olduğu vaxtlar və İrana gəlib hakimiyyətə yiyələndiyi günə qədərki çıxışlarından;
“İslam höküməti həqiqi mənada bir demokratik hakimiyyət olacaq”;
“Bütün insan hüquqları, o cümlədən dini azlıqların hüquqlarına tam riayət olunacaq”;
“Mən İranın gələcəyində sadəcə bir ruhani rəhbərdən başqa heç bir vəzifə və məqam tutmayacam”;
“Lap tutalım ki, biri düz və saleh adamdır, əgər millət onu istəmirsə hakimiyyətdən çəkilməlidir. Əhali öz taleyini özü həll etməlidir”;
“Biz ehtiyacı olanlar üçün suyu, işığı pulsuz edəcəyik, avtobusları pulsuz edəcəyik. Biz həm sizin dünyanızı, həm də axirətinizi abad edəcəyik. Bu var dövlət millətindir və mən əmr etmişəm ki, kasıblara verilsin və veriləcəkdir”;
“Bizim ölkə ərəb-İsrail arasındakı münaqişədə tərəfsiz qalacaq”;
“Biz, ehtiyacı olanlara ev verəcəyik. Neft ölkəsində evsiz adam olmamalıdır”;
Və buna bənzər çoxlu vədlər və sözlər...
Beləliklə, R.Xomeyni və komandası, əsasən savadsız müsəlman əhalinin inancı və duyğularından istifadə edərək, daha dəqiq desək insanları aldadaraq hakimiyyəti ələ aldılar.
İranın idarəetmə sistemini başa düşmək üçün, yuxarıda adı çəkilən qurumlardan ikisinin səlahiyyətləri və konstitusiyada yer alan 5-57-107 və 110-cu maddələrə nəzər salsaq bir çox məsələ aydın olar.
İran İslam Respublikasının konstitusiyasının 5-ci maddəsi Vilayəte Fəqih haqqında.
Maddə 5:
Həzrət Vəli Əsr (İmam zaman) “Əclullah Təala Fərcah”ın qeybdə olduğu dövürdə, İran İslam Respublikasında hakimiyyət və ümmətin imaməti ədalətli və təqvalı, zəmanədən xəbərdar, şücaətli, idarəçi və tədbirli bir fəqihin öhdəliyindədir və Yüz yeddinci maddəyə əsasən onu öhdəsinə götürür.
Beləliklə, konstitusiyanın 5-ci maddəsinə əsasən Vilayəte Fəqih məşruiyyət qazanır.
Fəqih ya Müçdehed, İslamda Quran və hədislər əsasında şəriət qanunlarını çıxarmağı bilən din alimidir. lori dildə desək yüksək rütbəli molladır. Vəli isə ixtiyar sahibi, hakim deməkdir.
Vilayəte Fəqih, Fəqihin hakimiyyəti deməkdir.
Konstitusiyada qeyd edildiyi kimi, İran İslam Respublikasında ölkənin birinci şəxsi, yəni Rəhbəri, mütləq Fəqih (molla) olmalıdır.
Konstitusiyada da qeyd edildiyi kimi, İran İslam Respublikasında ölkənin birinci şəxsi, yəni Rəhbəri, mütləq Fəqih (molla) olmalıdır.
1979-cu ildən bu günə kimi İranı idarə edən Vəliye Fəqihlər;
Ruhollah Xomeyni (1979-89)
Seyid Əli Xamenei ( 1989-dan bu günə kimi)
Xəbrəgan Məclisi
İranın idarəetmə sistemində Rəhbər ən yüksək rəsmi dövlət adamı hesab edilir. Rəhbər və ya Vəliye Fəqih müddətsiz olaraq Xəbrəgan Məclisi tərəfindən seçilir. Xəbrəgan məclisinin üzvləri 88 nəfər Fəqihdən ibarətdir. Xəbrəgan məclisinin işi, konstitusiyanın 107-ci maddəsinə əsasən ölkə Rəhbərini seçmək və onun idarə etməsinə nəzarət etməkdən ibarətdir.
Fəqih olmayan heç bir vətəndaş Xəbrəgan məclisinə üzv ola və ya seçilə bilməz. Bu qurum ancaq fəqihlərdən (mollalardan) ibarətdir.
Konstitusiyanın 57-ci maddəsi:
“İranda hakim orqanlar “Qanunverici, icraedici və məhkəmə hakimiyyətindən ibarətdir. “Əmr sahibinin mütləq hakimiyyəti və ümmətin imamətinin” nəzarəti altında fəaliyyət göstərirlər. Bu qüvvələr bir-birindən ayrıdır, müstəqildir.”
Bu maddədən də açıq aydın görünür ki, ölkəni idarə etməli olan 3 əsas qurum, bir-birindın ayrı və müstəqil olsalar da, “Fəqihin mütləq hakimiyyəti” və nəzarəti altında olmalıdırlar.
Konstitusiyanın 110-cu maddəsində Rəhbərin (Vəliye fəqih) səlahiyyətləri öz əksini tapıb.
Rəhbər, ölkədə yürüdülən bütün daxili və xarici siyasətin icrası və ona nəzarət etmə səlahiyyətinə malikdir.
Rəhbər prezidentin fərmanını imzalamaq və prezidenti vəzifədən azad etmək, “Nəzarət Şurası”nın Fəqihlərini təyin etmək, İranın məhkəmə sədrini vəzifəyə təyin və azad etmək səlahiyyətinə malikdir. Ali baş komandanlıq vəzifəsi də rəhbərə aiddir.
Əlavə olaraq, 110-cu maddədə Rəhbərə aid bir çox səlahiyyətlər nəzərdə tutulub.
Beləliklə Rəhbər, prezidenti azad etməklə “İcraedici orqana”, Nəzarət şurasının üzvlərini təyin etməklə “Qanunverici orqan”a və məhkəmə sədrini təyin və azad etmək hüququna malik olmaqla “Məhkəmə sistemi”nə hakim olur.
Nəzarət şurası (Şuraye Negəhban)
Bu qurumun vəzifə və səlahiyyətləri konstitusiyanın 91-dən 99-a qədər olan maddələrində müəyyən edilib.
Nəzarət Şurası 12 nəfərdən ibarətdir. Altı nəfəri Fəqihidir, Rəhbər tərəfindən təyin edilir. Qalan altı nəfər üzv isə müsəlman hüquqşünaslardan ibarətdir. Bu hüquqşünaslar İran Məhkəmə sistemini başçısı tərəfindən parlamentə (İslami Şura Məclisi) təqdim olunur və parlamentdə səs vermə yolu ilə seçilirlər.
Nəzarət Şurasının vəzifə və səlahiyyətləri
Nəzarət Şurası, Konstitusiyanın təfsiri, referendum və seçkilərə nəzarət, Xəbrəgan məclisi, İran İslami Şura Məclisi və prezidentliyə namizədlərin təsdiq və ya rədd edilməsi, həmçinin İran İslami Şura məclisi (Parlament) tərəfindən təsdiq edilmiş qanunların İslam və Konstitusiyaya uyğunluğunun təmin edilməsi ilə məşğuldur.
Qanunlar ilk növbədə İslami Şura Məclisində (Parlament)hazırlanır, sonra Nəzarət Şurasına (Şuraye Negəhban) ötürülür. Qanunun qəbulu və icraya keçməsi üçün Nəzarət Şurasının təsdiqi lazımdır. Əks halda həmin qanun layihəsi gücünü itirir.
Bir sözlə, Nəzarət Şurasının icazəsi və təsdiqi olmadan, heç bir vətəndaş nə prezident, nə deputat və nə də Xəbrəgan məclisinə üzv seçilə bilməz. Nəzarət Şurası, hətta birinci dövr prezidentlik müddəti bitmiş prezidentin belə namizədliyini ləğv edə bilər. Parlamentdə qəbul olunan qərar və qanunlar da Nəzarət Şurası tərəfindən təsdiq olunmadan qüvvəyə minə bilməz.
Nəzarət Şurası, yalnız hakimiyyətin şinelindən çıxmış və hakimiyyətə sadıq namzədlərin namizədliyini təsdiq edib, seçkiyə buraxır. Fərqli düşüncəyə, fikrə sahib olan insanların namizədliyi qəbul edilmir və ləğv edilir.
Belə olan halda seçkinin heç bir anlamı qalmır. Vətəndaş ancaq bu qurumun və hakimiyyətin istədiyi adamları seçməyə məhkum olur. “Ağsaqqal demişkən: Seçki keçirib, bu qədər kağız-kuğuzu korlamağa dəymir”
Başqa sözlə, konstitusiyaya əsasən, ölkənin birinci şəxsi sayılan Rəhbər, Xəbrəgan Məclisi tərəfindən seçilir.
Xəbrəgan Məclisinə üzv seçilmək üçün namizədlər, Nəzarət Şurası tərəfindən təsdiq və ya rədd edilə bilər. Yəni Nəzarət Şurasının istəyi olmadan bu iş olmaz. Nəzarət Şurasının üzvlərini əsasən Rəhbər özü təyin edir.
Deməli, Rəhbər dolayısı yolla da olsa, onu seçən və işinə nəzarət edən quruma hakimdir. Bununla da Rəhbərin idarəçiliyinə nəzarət öhdəliyi daşıyan Xəbrəgan Məclisinin öz işinin yerinə yetirə bilməsi mümkün görünmür.
(Lori dillə desək, İran qanunlarına əsasən, İranın birinci şəxsi Rəhbərdir. Demək olar ki, ömürlük seçilir. Ancaq molla olmalıdır.
Rəhbəri seçən qurum, 88 nəfərdən ibarət Xəbrəgan Məclisidir. Bütün üzvləri mollalardan ibarətdir. Səkkiz illiyinə seçilir və ancaq molla olmalıdırlar.
Xəbrəgan Məclisinə üzv seçilmək üçün namizədləri təsdiq edən qurum, Nəzarət Şurasıdır. Bu qurumun on iki nəfərdən ibarət olan üzvlərinin altısı müsəlman hüquqşünas, altısı isə Rəhbərin təyin etdiyi mollalardan ibarətdir.
Beləliklə, Rəhbərin hakim olduğu Nəzarət Şurasının icazəsi ilə Xəbrəgan Məclisinə seçilən mollalar, Rəhbəri seçmək və ona nəzarət etmək hüququna malik olurlar. Yanı heç nə....
Üstəgəl Ali Məhkəmənin sədri və baş prokuror da mütləq Fəqih (molla) olmalıdır. Bir sözlə molla rejimi.)
İran Konstitusiyasında qeyd edilən “Fəqihin mütləq hakimiyyəti” budur.
Belə demək olarsa, Velayəte Fəqih, hakimiyyətin Rəhbər deyilən (Vəliye Fəqih) bir şəxsin əlində cəmlənməsidir.
Misal üçün, Seyid Əli Xamenei və onun əmrində olan İran İnqilab Keşikçiləri Korpusunu göstərmək olar. Ölkə iqtisadiyyatının 40 faizdən çoxu SEPAH-ın əlindədir. Yol, su bəndləri, şəhərsalma tikinti işləri, neft, hətta araşdırmalara görə narkotik qaçaqmalçılığına qədər əsasən bu qurumun əlindədir. Ancaq, heç bir qurum və ya şəxsin bunun qarşısını ala biləcək qədər gücü və səlahiyyəti yoxdur. Çünki, arxasında sonsuz səlahiyyətlərin sahibi “Rəhbər” var.
Ona görə də İran əhalisi, ölkədə baş verən bütün ədalətsizlik, cinayət, qətl, korrupsiya, dini və irqi ayrı-seçkilik, bir sözlə bütün rəzalətləri, ölkəyə hakim olan Vilayəte Fəqih adlı sistemdə və Seyid Əli Xameneyidə görür.
Artıq İran əhalisi başa düşüb ki, bu rejim islaholunmazdır, və dəyişməlidir. Etirazlarda səsləndirilən şüarlarda bunun sübutudur.
Nümunə üçün etirazlarda ən çox istifadə olunan şüarlara baxaq;
“Ölüm olsun Xameneiyə”
“Ölüm olsun diktatura”
“Ölüm olsun zalima, ya şah olsun, ya rəhbər”
“Biz islam cumhuriyyəti istəmirik, istəmirik”
“Xamenei qatildir, höküməti batildir”
“Bunca illər cinayət, bu vilayətə lənət”
“Hüseyin, Hüseyin şüarları, cinayət iftixarları”
“Düşman özü burdadır, yalan deyirlər Amerikadır”
“Nə şeyx istəyirik nə molla, lənət olsun ayətullaha”
Əlavə olaraq da Güney azərbaycanlıların əsas şüarı,
“Azadlıq, Ədalət, Milli hökumət”
“Azərbaycan öz yolunu tapıbdır, səltənəti, vilayəti atıbdır”
Hökumətə xitabən “Bişərəf” “biqeyrət” şüaraları da ən çox səslənilənlər arasındadır.
Heç şübhəsiz ki, İran əhalisi 1979-cu ildəki səhvini bir gün düzəldəcək. Ancaq molla rejimini və ona dəstək verənləri heç vaxt bağışlamayacaq.
P.S.: İranda hakimiyyətin başında duran şəxsin daşıdığı vəzifənin adı “Rəhbər”dir. Ali dini rəhbər, dini rəhbər, ali lider kimi sözlər doğru deyil. İranda iki növ hakimiyyət yoxdur ki, birinin başında dini lider, digərinin başında qeyri dini lider dursun. Rəhbər sözü isə, öndər, lider, başçı kimi tərcümə oluna bilər.