İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:06 | 1 may 2025 | Cümə axşamı
Məqaləyə 144 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran ABŞ-ı yeni sanksiyalar tətbiq edərkən nüvə danışıqlarını davam etdirdiyinə görə sərt şəkildə tənqid edib. Tehran Vaşinqtonun ziddiyyətli mövqeyinin diplomatik prosesə zərər verdiyini iddia edib.
İran bu gün verdiyi bəyanatda ABŞ-ı “ziddiyyətli davranış və təxribat xarakterli bəyanatlar verməkdə” ittiham edib.
Cavab Vaşinqtonun Yəməndəki husilərə verdiyi dəstəyə görə Tehranı xəbərdar etməsindən və həmin gün yeni neft sanksiyaları tətbiq etməsindən sonra gəlib. Bütün bu hadisələr İranla davam edən nüvə danışıqları fonunda baş verib.
Son bir ay ərzində tərəflər İranın nüvə proqramına məhdudiyyətlər müqabilində maliyyə sanksiyalarını ləğv etməsini nəzərdə tutan saziş üzrə danışıqlar aparırdılar.
Danışıqların dördüncü raundu şənbə günü Romada keçiriləcək. Birləşmiş Ştatlar dünən İran nefti və neft-kimya məhsullarının qeyri-qanuni ticarətində iştirak etdiyini iddia etdiyi şəxslərə və qurumlara sanksiya tətbiq etdiyini açıqlayıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset ayrı bir bəyanatda İrana Yəməndə husilərə dəstəyinin nəticələri barədə xəbərdarlıq edib.
Husilər Yəmənin şimalına nəzarət edir və son aylarda Qırmızı dənizdə gəmilərə hücumlar təşkil edir.
Onlar bu hücumların fələstinlilərlə həmrəylik məqsədilə həyata keçirildiyini iddia edirlər. Birləşmiş Ştatlar martın ortalarından Husilərə qarşı intensiv hava hücumları həyata keçirir. İran isə husilərin müstəqil hərəkət etdiyini iddia edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Amerika rəsmilərinin yanaşmasını tənqid edib. Baqai, "Amerikalı qərar qəbul edənlərin ziddiyyətli mövqeləri və diplomatiyanın inkişafında onların xoşməramlı və ciddiyyətsizliyi qəbuledilməzdir”, – deyib.
“Onların İrana qarşı ziddiyyətli davranışlarının və təxribatçı bəyanatlarının nəticələrinə görə yalnız Amerika tərəfi cavabdeh olacaq”.