vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
09:43 | 21 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əski Vilayətinin yeni çağırışı

Xain iddialarla dolu və yanlış tərcümə edilən məqalə

N.NƏSİBLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əli Əkbər Vilayətinin məqaləsi yalanlar və saxta sevgi ilə doludur. İran dini liderinin müşavirinin ürəyi Azərbaycan sevgisi bir yana, nifrətlə doludur. Bu həmin Vilayətidir ki, 2006-cı ildə rəsmi “İran” qəzetində Türklük şüuru daşıyanlara həşərat demişdi. O zaman buna etirazlara qalxan millətimiz 50 gənc qurban verdi. Amma “Haray, haray, mən Türkəm” şüarları ilə öz varlığını qorudu.

İndi Vilayəti durub siz Azərisiniz (Azərbaycanlısınız), Farsa qardaşsınız, hətta elə özümüzsünüz, deyir. Hətta iranpərəstlər bir az da irəli gedərək  müşavirin əslən Ərdəbilli olması yalanı uydurur. Yox elə bir şey! Bu, bir zamanlar məqaləsində Turan da bizimdir, “köçəri Farsların məskənidir” deyən adamdır.

Bu adamın xain iddialarla dolu və yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır. “Amandır, Azərbaycan ayağa qalxmasın”, demək istəyir bu adam. 100 ildir aşağılanan Güney Azərbaycan türkləri isə “Yetər artıq, Azərbaycan İran deyil!”, – deyir. (Vaxt.az)