
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Moskva nə üçün Tehran əleyhinə “snapbake”ə qarşı çıxır?
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İran və Avropa arasında “snapback” krizi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
Əli Əkbər Vilayəti İran Azərbaycan gərginliyi fonunda çıxış edib. Bu şəxs mühafizəkar qanadın nümayəndəsi, hazırkı İran rejiminin xarici siyasətinin əsas arxitektorlarından və intellektuallarından biridir. İxtisasca həkim olub, hətta vaxtilə ABŞ-dakı Con Hopkins Universitetində bu sahə üzrə təcrübədə də olub. İlk baxışda gəlişi gözəl sözlər deyib, amma sözünü və İranın Azərbaycana qarşı xarici siyasətindəki görüşünün əsas elementlərini də soxub, ona görə də bu çıxışı şəxsən mən ikibaşlı adlandırıram. Üzrü qəbahətindən də betər!
Bunu kontekst analiz etdikdə çox yaxşı görmək olar. Sətir altı, üzə gülərək sözünü soxmaq, tarixi narrativlərini yeritmək budur İran siyasəti. Vilayəti bəyanatında 2 məqamda İran və ya fars şovinist sentriklərin Azərbaycana yanaşmasını ortaya qoyub. Bunu velikorus şovinizmi ilə də müqayisə edə bilərsiz, yəni, Rusiyanın Ukraynaya yanaşması kimi. Birincisi deyir ki, azərbaycanlılar və iranlılar eyni “irq” (!) və mədəniyyətə məxsusdurlar. Sadəcə mədəniyyət desəydi, problem olmazdı, hamımızın Şərq və İslam mədəniyyətinin parçası olması kimi anlaya bilərdik. “İrq” dedikdə azərbaycanlıları türk hesab etmədikləri deməkdir. Belə ki, İran sentrik şovinizmin əsasında duran ideya budur ki, əslində azərbaycanlılar vaxtilə türkləşmiş farslardır. İran diplomatlarının dilindən çıxan ifadələri anlamaq istəyən adam gərək bu ölkənin tarixi narrativlərini və travmalarını yaxşı anlasın. Bu ölkə bu günə və gələcəyə özünün tarix anlayışı prizmasından baxır.
Təəssüf ki, bu bütün digər qonşularımızla da keçərlidir. Ona görə də bizim qonşularımızla münasibətlərimizdə praqmatizm, rasionalizm, bu günün maraqları və cost-benefit gözləntilərimiz özünü doğrultmur. Əslində regionda dövlətlərin xarici siyasətləri beynəlxalq münasibətlərin iki nəzəriyyəsinin müqayisəli təhlili və sınağı üçün çox yaxşı nümunələrdir. Biz xarici siyasəti beynəlxalq münasibətlər nəzəriyyəsindəki liberal nəzəriyyədə görmək istəyirik və gözləyirik. Liberal nəzəriyyədə odur ki, dövlətlərin qarşılıqlı asılılığı, xüsusilə iqtisadi asılılığı artdıqca onlar daha az münaqişəyə meyillidilər. Və ya qarşılıqlı iqtisadi asılılıq və rasional maraqlar münaqişələri və ziddiyyətləri arxa plana keçirə bilər. Halbuki, regionumuzdakı dövlətlərin əksəriyyəti beynəlxalq münasibətlərdə konstruktivist nəzəriyyə baxımından, yəni, özlərinin subyektiv inancları, dəyərləri və tarixi görüşləri prizmasından hərəkət edir. Keçən il Azərbaycan-İran ticarəti məsələn xeyli artmışdı. Ona görə də qonşularımızın xarici siyasətlərini anlamaq üçün ilk mənbə həmin ölkələrin orta məktəb tarix kitablarıdır.
İranın xarici siyasətində tarixi narrativlər təkcə şərti olaraq mühafizəkar adlandırılan Ə.Ə.Vilayətinin simasında öz əksini tapmır. ABŞ-da 2 dəfə magistr və 1 dəfə doktorluq oxumuş keçmiş xarici işlər naziri liberal sayılan Cavad Zərifi götürək. Adamın videosu var, deyir ki, ABŞ bizə kömək etməsə İran türkcə danışacaq. Və ya iki il əvvəl bir tvitində belə ifadə yazmışdı “İran sivilizasiyası tarixən bütün barbarların yürüşlərindən salamat çıxıb”. Fars şovinizmində barbar bilirsiniz kimə deyirlər? Firdovsi 1000 il əvvəl cavabını deyib – türklər!
Ona görə də Vilayətinin azərbaycanlıların həm də iranlılar, iranlıların isə azərbaycanlılar hesab etməsini bu kontetsdə anlamaq lazımdır. Bu əslində Vilayətinin dilindən bizim fərqli milli kimliyimizin inkar edilməsinin etirafıdır. Etiraf edək, bu inkarı necə də gözəl və diplomatik dildə deyib. Bir həftə əvvəl bizim milli kimliyimizin İran tərəfindən inkar edilməsi və bizim üçün mövcudiyyət təhdidi olması haqqında yazmışdım. Vilayətinin mesajını həmin statusumu oxuyandan sonra bir də oxuyun
Əvvəlki fikrimdə qalıram, İran və Azərbaycan bir biri üçün mövcudiyyət təhdiddir, qarşıdurma və ziddiyyətlər qaçılmazdır. Ertələnə bilər, amma qaçılmazdır. Vilayətinin mesajı onu göstərir ki, açıq qarşıdurma onların istədiyi nəticəni vermədi, taktikanı dəyişməyə məcbur olurlar, hədəf və strategiya dəyişməzdir. Ölkə daxilində də vəziyyət getdikcə ağırlaşır. Ukraynada tutduğu mövqeyə görə bir zaman İrana hər şeyi bağışlayan Bayden administrasiyasının da üzü dönür. Azərbaycanla açıq gərginlik azala bilər. Ancaq bu dəfə onlar Azərbaycan daxilində dağıdıcılıq fəaliyyətlərinə daha çox enerji və resurs sərf edəcəklərindən şübhəniz olmasın.