Basdırılan ssenarilər
Yadların məhv edilməsi, Xameneyinin müşavirinin ah-naləsi
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
Qaş düzəldəndə göz çıxarmaq ...
... Yaxud belə yazılarla barışığa zəmin yoxdur
-
Əski Vilayətinin yeni çağırışı
Xain iddialarla dolu və yanlış tərcümə edilən məqalə
-
Ziddiyyətlər qaçılmazdır
Gözəgəlimli sözlərlə siyasi görüşün soxulması...
-
Xislət dəyişməyib ...
Nə Vilayəti, nə də fars-molla rejiminin türklərə münasibəti ...
-
“Gərginliyin təşəbbüskarı Azərbaycan deyil”
Bakıdan Tehrana daha bir “informasiya raketi”
-
İkibaşlı cümlə ...
Vilayəti yuxuda nə gördü ki, ayılanda Azərbaycanlı olduğunu xatırladı ...
-
İran öz müttəfiqini göstərdi
«İkitərəfli əməkdaşlıq nəticəsində ... öhdəsindən gəlməyi bacaracağıq»
İranda yenə Azərbaycana qarşı siyasi-ideoloji təbliğatın mühərrikini işə salınıb. Həmin mühərrikdən gələn səs-küy və oradan çıxan zəhərli qazlar aqressiya və qısqanclığın təzahürləridir. Bir neçə gün öncə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranın ənənəvi mövqeyini dilə gətirib.
Onun sözlərinə əsasən, müsəlman ölkələrinin, eləcə də Azərbaycanın İsraillə əməkdaşlığı İran üçün qəbuledilməzdir.
Zərrə qədər də təəccüblənmədik, anlamaq lazımdır ki, İran şablona dönmüş ritorikasını yumşaltmaqdan uzaqdır və bu, onun təsir dairəsi zəiflədikcə siyasi orqanlarına nüfuz edən sancılardan irəli gələn hayqırtılardır.
Azərbaycan rəsmi olaraq müsəlman dövləti deyil, dünyəvidir, ancaq bir çox müsəlman ölkəsinə nümunə sayıla biləcək modelə sahibdir.
İranın “müsəlman dövləti” deyərkən nəyi nəzərdə tutduğu da bəllidir, bu, yalnız siyasi, qarşıdurma yaradacaq məzhəbçiliyin metastaz verərək böyüməsinə yönələn cəhdlərin təbliğat hissəsidir.
Vilayətinin bəyanatının ardınca bəzi İran mənbələri Azərbaycanda guya şiə məzhəbində olanların hüquqlarının pozulduğuna dair heç bir əsası olmayan fikirlər tirajlayır.
Nəzərə alaq ki, İran bir aydan çoxdur ki, Azərbaycanda olan əlaltıları vasitəsilə xeyli təbliğat işi apardı və bu, güclü milli müqavimətlə üzləşdikdən sonra Tehranın həyata keçirmək istədiyi ssenarilər torpağın altında basdırıldı.
İndi İranın verdiyi bəyanatlar, Tehrandan çıxan ah-nalə, vay-şüvən həmin basdırılan ssenarilərə tutulan yasın sədaları kimi qiymətləndirilə bilər.
Şiəliklə bağlı mövzunun manipulyasiya əsasında inkişaf etdirilərək böyük siyasi dividendlər qazanmaq mümkün olmayacaq, bunun əsas səbəbi Azərbaycan xalqının milli baxış tərzi və dövlətin qanunlarının həmin milli adət-ənənə ilə vəhdətidir.
Azərbaycanda şiəlik və sünnilik, həmçinin qeyri-müsəlman təriqətləri bərabər şəkildə milli düşüncə tərzi üstün tutularaq inkişaf edərək ortaya nümunəvi mənzərə qoyub.
Bu mənzərənin rəngini tündləşdirməyə girişmək yalnız əbəs nəticələr hasil edəcək, yəni planların hamısı hədər gedəcək.
Çünki Azərbaycanda dini dünyagörüşü milli ruhun bazasında inkişaf edir, yəni təməlin özünü dini baxış yox, məhz xalqın milli dünyagörüşü təşkil edir.
Bu təməl üzərində isə hər ikisi bir-birindən ayrılmayaraq, bərabərhüquqlu səviyyədə ucalır və vahid ictimai mövqe formalaşdırır.
Bəli, Azərbaycan xalqı imam Hüseynə də, imam Əliyə də, Məhərrəm ayına da, Ramazan ayına da, Qurban bayramına da dərin hörmət və ehtiramla yanaşır və bunu dərk etmək lazımdır ki, həmin cetikanı bizə İran öyrətməyib. Bu, tarixin formasiyalarından süzülüb gələn və sınaqlardan üzüağ çıxmış ictimai mövqenin davamıdır.
Bu gün Azərbaycan xalqı seyidlərə, pirlərə də ehtiram göstərir, bir-birinə əl tutur, məzhəblərə, hətta dinlərə dair fərqli baxışları bir-birinin əleyhinə çevirmir.
Görünür ki, bu cür sekulyar model kimlərdəsə dəri stress və əsəb yaradır, olsun, biz də deyə bilərik ki, ancaq su içməklə bu əsəblərini soyuda bilərlər.
Azərbaycan xalqının islam dininə olan münasibəti də milli əsaslara söykənir, belə münasibət isə vicdan azadlığı ilə məzhəb ədavəti yaradan məqamların sərhədini asanlıqla müəyyən edir, ikincini çıxdaş edərək lazım olan yerə yollayır.
Hansı dini bayramda xalqımız necə davranacağını, necə yeyəcəyini, necə içəcəyini də özü həmin milli-dini mövqe ilə uzlaşdıraraq müəyyən edir.
İran Azərbaycan dövlətinin xalqın milli ruhunu sarsıtmağa hesablanan addımlar qarşısında gördüyü effektiv tədbirləri və xalqın özünün yad cisimlər əleyhinə müqavimətini düzgün dəyərləndirməlidir.
Ona görə də, Azərbaycan yox, məhz İran öz siyasətindən əl çəkib dostluq, qonşuluq münasibətlərinə önəm verməlidir.