
Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Bakının artan vasitəçilik missiyası kimlərisə narahat edir
Xameneyinin müşaviri Azərbaycana qarşı danışacaq sonuncu adamdır
Xain iddialarla dolu və yanlış tərcümə edilən məqalə
Gözəgəlimli sözlərlə siyasi görüşün soxulması...
Nə Vilayəti, nə də fars-molla rejiminin türklərə münasibəti ...
Bakıdan Tehrana daha bir “informasiya raketi”
Vilayəti yuxuda nə gördü ki, ayılanda Azərbaycanlı olduğunu xatırladı ...
Yadların məhv edilməsi, Xameneyinin müşavirinin ah-naləsi
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
İran Azərbaycana qarşı illərdir informasiya müharibəsi aparıb. Azərbaycan hakimiyyəti və rəsmi media 30 il səbirli davranıb. Həmin dövr geridə qalıb. Hazırda Azərbaycan dövlət mediasının İrana adekvat cavabı Tehrandakıları çaşdırıb. Onlar bunu gözləmirdilər.
Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun bazar günləri aparıcılıq etdiyi proqramda İranın siyasətinin sərt tənqidinə dəqiqələr ayrılır, Güney Azərbaycanla bağlı önəmli fikirlər söylənilir. Azərbaycanın digər televiziya kanalları da Azərbaycan Dövlət Televiziyasından geri qalmırlar. İranın siyasətini ardıcıl olaraq təsis edildiyi gündən bu yana Günaz.TV tənqid edir, Güney Azərbaycandakı vəziyyət işıqlandırılır. İndi Azərbaycanda onlarla Günaz.TV var. Tehran Azərbaycana qarşı təbliğatı dayandırmadıqca bizim kanallar da eyni tempdə davam edəcəklər.
İnformasiya müharibəsini dayandırmaq və ya fasilə vermək Tehrandan asılıdır. 30 ildə bu baş verməyibsə, bundan sonra nəyinsə dəyişəcəyinə ümid azdır. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya ortamı sakitləşdirmək istəyib, ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, keçmiş nazir qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə yazılarla barışığa zəmin yoxdur. Digər tərəfdən biri “barışıqdan” yazdığı halda deputatları, imamları, generalları Azərbaycanın əleyhinə ağılları və ağızlarına gələni danışırlar.